Icma.az
close
up
RU
Beynəlxalq əməkdaşlıq və davamlı inkişaf ŞƏRH

Beynəlxalq əməkdaşlıq və davamlı inkişaf ŞƏRH

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Geosiyasi rəqabətin artması, regional münaqişələrin davam etməsi və yeni təhlükəsizlik çağırışlarının meydana çıxması qlobal gündəliyi müəyyən edən əsas amillərdən birinə çevrilmişdir. Belə bir şəraitdə dövlətlər arasında dialoqun təşviqi, fikir ayrılıqlarının aradan qaldırılması və əməkdaşlıq mühitinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan martın 12-də Bakıda keçirilən “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qal­dı­rılması” mövzusunda XIII Qlobal Forum da bu qəbildəndir. Bu Forum qlobal və regional böhranların müzakirəsi və onların həlli yollarının tapılması üçün mühüm beynəlxalq platforma kimi çıxış edir. Qlobal Bakı Forumu artıq illərdir ki, nüfuzlu beynəlxalq tədbir kimi tanınır və dünyanın müxtəlif ölkələrindən siyasətçiləri, ekspertləri, beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirir. Forumun əsas məqsədi qlobal problemlərin müzakirəsi, qarşılıqlı anlaşmanın gücləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verməkdir. Bu il keçirilən forumun gündəliyi də olduqca genişdir və burada qlobal təhlükəsizlik, regional sabitlik, iqtisadi əməkdaşlıq, nəqliyyat bağlantıları və davamlı inkişaf kimi vacib məsələlər müzakirə olunur.

Bakı Forumu kimi gerçəkləşən bu Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də çıxış etdi. Bu çıxış Foru­mun mahiyyətinin açılması baxımından diqqəti çəkdi. Təhlükəsizlik, sabitlik və müdafiə mə­sə­lələrinin hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmasa qalan bütün məsələlərin tama­mi­lə mənasız olacağını, bu Forumun gündəliyinin çox geniş olduğunu, işğal olunmuş əra­­zi­lərimizi güc vasitəsilə azad etdiyimizi, sülhə siyasi yollarla nail olduğumuzu da qeyd etdi. Bu baxımdan XIII Qlobal Bakı Forumunun açılış mərasimində dövlət başçımız İlham Əliyev tərəfindən səsləndirilən fikirlər yalnız regional deyil, həm də qlobal təhlükəsizlik və inkişaf məsələləri baxımından diqqətəlayiq strateji yanaşmanı əks etdirdi. Cənab Prezident çıxışında təhlükəsizlik və sabitliyin dövlətlərin inkişafı üçün fundamental şərt olduğunu vurğulayaraq, Azərbaycanın son onilliklərdə keçdiyi siyasi və geosiyasi təcrübəni beynəlxalq ictimaiyyət üçün mühüm nümunə kimi təqdim etdi. Fo­rum iştirakçıları dövlət başçımızın bu tezisləri əhatə­lə­yən fikirlərini də böyük diqqətlə dinlədilər, bu fikirlərin həm siyasi həm də həyati mahiy­yə­ti­ndən əmin oldular. Azərbaycanın ikitərəfli formatda – heç bir üçüncü tərəf olmadan sülhə nail olmağı qarşısına məqsəd qoyduğunu, özlərini Minsk qrupu adlandıran vasitəçilərin 28 illik fəaliyyətinin bir fəlakət, həmsədrlərin məqsədinin münaqişəni dondurmaq, onu əbədiləşdirmək və hər iki ölkəyə qarşı təz­yiq aləti kimi istifadə etmək olduğunu da diqqətə çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olduqca vacib məsələlərdən söz açdı.

Forumun müzakirə etdiyi mühüm mövzulardan biri də qlobal nəqliyyat və logistika əlaqələrinin inkişafıdır. Müasir dövrdə münaqişələr və siyasi gərginliklər ənənəvi nəqliyyat marşrutlarının fəaliyyətinə ciddi təsir göstərir. Azərbaycan isə strateji coğrafi mövqeyi və həyata keçirdiyi infrastruktur layihələri sayəsində Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm iştirakçısına çevrilib. Bu dəhlizlər təkcə region üçün deyil, həm də qlobal ticarət və logistika sistemi üçün böyük əhəmiyyət daşıyır.

2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi. Daha sonra isə siyasi dialoq yolu ilə regionda sülhün təmin olunmasına nail olundu. Azərbaycan və Ermənistan arasında əldə edilən sülh razılaşması müasir beynəlxalq münasibətlər tarixində nadir hallardan biri hesab edilir. Bu proses göstərdi ki, güclü siyasi iradə və real siyasi qərarlar münaqişələrin qısa müddətdə həllinə imkan verə bilər. Ermənistanla sülh əldə edildikdən sonra yeni nəqliyyat marşrutlarının açılması perspektivi də gündəmə gəlib. Bu layihələr Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və enerji əlaqələrinin bərpasına, eyni zamanda regionda iqtisadi əməkdaşlığın genişlənməsinə şərait yaradacaq. Belə təşəbbüslər bütün region ölkələri üçün qarşılıqlı faydalı əməkdaşlıq imkanları yaradır. Bu gün regionda sülhün bərqərar olması artıq öz müsbət nəticələrini göstərir. Sərhəddə sabitlik hökm sürür, iqtisadi əlaqələr bərpa olunur və yeni əməkdaşlıq imkanları yaranır. Azərbaycan Ermənistanla ticarət əlaqələrinin bərpası və enerji məhsullarının ixracı kimi addımlar ataraq regionda uzunmüddətli və davamlı sülhə sadiqliyini nümayiş etdirir. Bu yanaşma Azərbaycanın sülhsevər siyasətinin və konstruktiv mövqeyinin göstəricisidir. Azərbaycanın təcrübəsi göstərir ki, təhlükəsizlik və sabitlik olmadan iqtisadi inkişaf, sosial rifah və regional əməkdaşlıq kimi məsələlər real nəticə verə bilməz. Bu baxımdan Prezident İlham Əliyev təhlükəsizliyin yalnız milli məsələ deyil, eyni zamanda beynəlxalq əməkdaşlıq tələb edən qlobal məsələ olduğunu qeyd etdi.

Beləliklə, XIII Qlobal Bakı Forumu yalnız müzakirə platforması deyil, həm də qlobal və regional problemlərin həlli üçün ideyaların formalaşdığı mühüm beynəlxalq məkandır.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Mart 2026 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri