Icma.az
close
up
RU
Davamlı inkişaf və qarşılıqlı əməkdaşlıq

Davamlı inkişaf və qarşılıqlı əməkdaşlıq

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Fevralın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və Somali Prezidenti Hasan Şeyx Mahmud arasında görüş keçirilib. Liderlər ikitərəfli münasibətləri müzakirə etdikdən sonra dövlət başçıları mətbuata bəyanatla çıxış ediblər.

Somali Prezidentinin ölkəmizə rəsmi səfəri hazırkı dövrdə vacib əhəmiyyət daşıyır. Bu baxımdan inkişafını uğurla həyata keçirən Azərbaycanın təcrübəsi Afrika ölkələri üçün olduqca faydalıdır. Azərbaycan Afrika ilə münasibətlərində bərabərhüquqlu tərəfdaşlıq prinsiplərini əsas tutur və qitənin inkişafına real dəstək göstərməyə çalışır. Humanitar və mədəni əlaqələr də bu münasibətlərin dərinləşməsinə töhfə verir. Azərbaycanın müxtəlif humanitar fondları və təşkilatları Afrika ölkələrində səhiyyə, təhsil və ekoloji layihələr həyata keçirir ki, bu da qarşılıqlı etimadı daha da artırır. Bundan əlavə, Azərbaycanın enerji və kənd təsərrüfatı sahəsində qazandığı təcrübə Afrika ölkələri üçün maraqlı bir model ola bilər.
Ölkəmiz Afrikada müxtəlif infrastruktur layihələrinə sərmayə yatıraraq yerli iqtisadiyyatı stimullaşdırmaqda maraqlıdır və bu addımlar Afrika dövlətləri tərəfindən müsbət qarşılanır. Belə bir yanaşma Afrika ölkələrinin inkişafına real töhfə verməklə yanaşı, Azərbaycanın da beynəlxalq nüfuzunun artmasına şərait yaradır. Ölkəmiz, eyni zamanda, Afrika ölkələrinin enerji, kənd təsərrüfatı və nəqliyyat sahələrində inkişaf etməsinə töhfə vermək məqsədilə ortaq layihələrdə iştirak edir.
Azərbaycan Afrika ölkələrinin təhsil sahəsində inkişafını dəstəkləmək üçün tələbələrə təqaüdlər ayırır və akademik mübadilə proqramlarını təşviq edir. Həmçinin, ölkəmiz Afrika dövlətləri ilə iqtisadi əməkdaşlığı dərinləşdirmək üçün biznes forumlar və sərgilər təşkil edərək, onların qlobal bazarlara inteqrasiyasını dəstəkləyir. Bu strateji yanaşma Azərbaycanın Afrikada etibarlı və səmimi tərəfdaş kimi qəbul olunmasına şərait yaradır. Bir sözlə, Azərbaycan və Afrika ölkələri arasında münasibətlər sürətlə inkişaf edir.
Somali Prezidenti Hasan Şeyx Mahmudun bu səfəri əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Azərbaycan ədalətli və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə sadiq qalaraq Afrika qitəsi ilə əlaqələrini daha da gücləndirmək niyyətindədir.
Dövlətimizin Afrika ölkələri ilə iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrini genişləndirməsi qarşılıqlı fayda gətirəcək və uzunmüddətli strateji tərəfdaşlığa zəmin yaradacaq. Prezident İlham Əliyevin Somali Prezidenti ilə görüşü və hər iki tərəfin dövlət rəsmilərinin bir sıra əməkdaşlıq sazişləri imzalaması mühüm əhəmiyyət daşıyır. Bu dost dövlətin Azərbaycana maraq göstərməsi ölkəmizin dünya arenasında, həmçinin Afrika ölkələrində də etibarlı tərəfdaş kimi özünü sübut etməsinin nəticəsidir. Enerji və təhlükəsizlik sahələrində qarşılıqlı razılaşma və mübadilələr gələcəkdə Somalini ölkəmizə daha da yaxınlaşdıracaq. İqtisadi maraqlardan əlavə, siyasi müstəvidə də bu kimi yaxınlaşmalar Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.
Somalinin son dövrlərdə ağır iqtisadi çətinliklərlə qarşılaşmasına səbəb bəzi Qərb ölkələrinin vaxtilə Afrikada müstəmləkə siyasəti yürütməsi olub. Artıq Somali həmin istismarçı dövlətlərdən üz çevirərək Türkiyə, Azərbaycan kimi etibarlı və güclü dövlətlərə üz tuturlar. Getdikcə bu əlaqələr dərinləşəcək və münasibətlərin inkişafı həm həmin ölkələr, həm də Azərbaycan üçün faydalı nəticələrə gətirib çıxaracaqdır. Ümumiyyətlə, Azərbaycanın Afrika ölkələri ilə münasibətlərinin genişləndirilməsi cənab İlham Əliyevin uzaqgörən və müdrik xarici siyasətinin təzahürüdür. Biz bu münasibətlərin faydasını, böyük dəyərini zaman keçdikcə görəcəyik.

David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Fevral 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri