Icma.az
close
up
RU
Beynəlxalq Enerji Agentliyi: Bu il dünyada kömürə tələbat rekord həddə çatıb AZƏRTAC

Beynəlxalq Enerji Agentliyi: Bu il dünyada kömürə tələbat rekord həddə çatıb AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 18 dekabr, AZƏRTAC

Bütün dünyada kömürə qlobal tələbat 2024-cü ildə rekord həddə yüksəlib. Kömürün əsas istehlakçıları Çin və Hindistan olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin hesabatında deyilir.

“Dünyada kömürə tələbatın 2024-cü ildə 1 faiz artaraq rekord həddə - 8,77 milyard tona çatacağı gözlənilir. İl ərzində sənaye istehlakında tədarükün artdığı qeydə alınsa da, bu göstəricidə enerji sektoru əsas paya sahib olub”, - deyə sənəddə bildirilir.

Agentliyin məlumatına görə, Çin əvvəlki illərdə olduğu kimi, kömürün əsas istehlakçısı olaraq qalır. Cari ildə bu göstərici 1 faiz artaraq 4,9 milyard tona çatacaq. Pekinin atom elektrik stansiyaları, həmçinin külək və günəş stansiyaları hesabına enerji sektorunun şaxələndirilməsi siyasətinə baxmayaraq, Çində elektrik enerjisinə tələbat sürətlə artmaqdadır.

Hindistan isə 1,3 milyard ton (5 faizlik artım) kömür istehlak edərək siyahıda ikinci yerdə qərarlaşıb. Avropa İttifaqı və ABŞ-da kömürə tələbat müvafiq olaraq 12 faiz (312 milyon ton) və 5 faiz (368 milyon ton) azalıb.

Ekspertlərinin proqnozuna görə, dünyada kömürə tələbat yaxın üç ildə pik həddə çataraq 2027-ci ilədək təxminən 8,87 milyard ton təşkil edəcək.

Eyni zamanda, bu il kömür hasilatının ilk dəfə olaraq 9 milyard tonu keçərək bütün zamanların ən yüksək həddinə çatacağı gözlənilir. Cari ildə ən böyük istehsalçılar Çin, Hindistan və İndoneziya olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2024 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri