Dövlət Məşğulluq Agentliyi beynəlxalq müsabiqədə mükafatlandırılıb AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 20 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Asiya-Sakit okean regionu üzrə keçirilən nüfuzlu “Asiya mükafatı” beynəlxalq qiymətləndirmə müsabiqəsində uğur qazanıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Agentlik uğurlu aktiv məşğulluq tədbirlərinə, xidmətlərində obyektivlik və şəffaflığa, vətəndaşyönümlü yanaşmaya görə “Asiyanın dövlət xidməti mükəmməlliyi mükafatı” ilə təltif edilib. Agentliyin Mərkəzi Karyera filialı isə karyera məsləhəti sahəsində uğurlu layihələrinə görə “Asiyanın ilin ən yaxşı kouçinq institutu” mükafatına layiq görülüb.
Dövlət Məşğulluq Agentliyinin adı qalib olaraq “Asia Awards” mükafatının rəsmi səhifəsində də yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 20 Dekabr 2024 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















