Icma.az
close
up
RU
Beynəlxalq Enerji Agentliyi: Dizel yanacağı çatışmazlığı 2027 ci ilədək davam edə bilər

Beynəlxalq Enerji Agentliyi: Dizel yanacağı çatışmazlığı 2027 ci ilədək davam edə bilər

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 14 oktyabr, AZƏRTAC

Məhdud həcmdə dizel tədarükü gələn ilə qədər davam edə bilər. Bu, mövsümi tələbatın aşağı düşməsi fonunda ehtiyatların əhəmiyyətli dərəcədə azalması və qış istehlakının pik həddi qarşısında qeyri-kafi istehsalla əlaqədardır.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) aylıq neft bazarı hesabatında bildirilib.

Sentyabr ayında dizel emalı marjası (emal olunmuş neftin qiyməti ilə xam neftin qiyməti arasındakı fərq) rekord həddə çataraq barel üçün 95 dollara yaxınlaşıb. “Reuters” agentliyinin məlumatına görə, bu, İrana qarşı müharibə ilə əlaqəli hücumlar nəticəsində emal gücünün azalması fonunda baş verib və istehsalın kəskin şəkildə azalmasına səbəb olub.

BEA bildirib: “Uzunmüddətli təchizat fasilələri payızda neft emalı zavodlarının texniki xidməti və qış tələbatının pik həddi qarşısında mövsümdənkənar ehtiyatların azalmasına səbəb olduğundan, dizel bazarları ciddi təzyiq altında qalır”.

Agentlik bildirib ki, BEA qlobal neft emalı zavodlarının bu ilin sonuna qədər fəaliyyətini bərpa edəcəyini gözləyir ki, bu da ehtiyatların bərpasına kömək edəcək, lakin bu, cari ildə yığılan çatışmazlığı kompensasiya etmək üçün kifayət etməyəcək.

BEA üzvləri artan siyasi və iqtisadi təzyiq fonunda qiymətləri sabitləşdirmək üçün strateji ehtiyatlardan 100 milyon barel neft və dizelin buraxılmasını əlaqələndirirlər.

Agentliyin məlumatına görə, sentyabr ayında Yaxın Şərq və Rusiyadan dizel ixracında itkilər gündə 1,3 milyon barel təşkil edib.

BEA 2026-cı ildə qlobal neft tələbatının gündə 2,6 milyon barel azalacağını proqnozlaşdırır və bu azalmanın 25 faizini dizel yanacağı təşkil edəcək.

Agentlik qeyd edib: “Dizel yanacağının rekord səviyyədə qiymətləri artıq geniş iqtisadi nəticələrə səbəb olur, əmtəə qiymətlərini artırır və real gəlirlərə, iqtisadi fəaliyyətə, inflyasiyaya təsir göstərir”.

Bu arada, BEA qlobal neft tədarükünün bu il gündə 5,8 milyon barel azalacağını, sonra isə kursu dəyişəcəyini və 2027-ci ildə gündə 7,7 milyon barel artacağını, neft bazarını profisit vəziyyətinə qaytaracağını proqnozlaşdırır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2026 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri