Icma.az
close
up
RU
Beynəlxalq etimadın növbəti təcəssümü

Beynəlxalq etimadın növbəti təcəssümü

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Getdikcə dövlətlərin çoxu digər dövlətlərlə rəqabət aparmaq məqsədilə idmana böyük məbləğdə kapital yatırırlar. Çünki idman siyasətinin beynəlxalq uğurlara təsir göstərdiyi faktı danılmazdır. Azərbaycanın bu sahədə başlıca uğurunu müəyyən edən amil odur ki, biz beynəlxalq əhəmiyyətli idman tədbirlərinə hər zaman böyük məsuliyyətlə yanaşmışıq. Millətlər arasında rəqabət həmişə idman yarışlarının, tədbirlərinin əsas xüsusiyyəti olsa da keçirilən tədbirlər zamanı xalqların sülh və mehriban şəraitdə yaşaması şüarını əsas tutaraq, məhz bu amillərin carçısı olmuşuq. İstər orta səviyyəli, istərsə də irihəcmli idman növlərində idmançıların rəqabət üstünlüklərinin sağlam əsaslarda təmin edilməsi üçün kənar faktorların təsirlərini minimallaşdırmağa xüsusi həssaslıqla yanaşılıb. Məhz bu məsələ cənab Prezident İlham Əliyevin önəm verdiyi ən başlıca amillərdən biri olub. Çünki tədbirin evsahibliyini edən dövlətin, ölkənin və xalqın sadəcə idmana deyil, həyata və dünyaya baxışı bu amillə birbaşa bağlıdır. Beynəlxalq idman yarışlarında davamlı yüksələn standartları tətbiq etmişik. İdmançıların və ya komandanın uğurunun təmin edilməsi üçün performans qabiliyyətindən və bütün müvafiq resurslardan istifadə üçün geniş meydan və şərait yaratmışıq.Bəzi xalqlar idman siyasətinə yüksək səviyyəli sərmayə qoyulması nəticəsində beynəlxalq aləmdə uğur qazandılar. Bəzi dövlətlər isə bu məsələdə uğurlu, bəziləri uğursuz olsa da əsas amil siyasətçinin idman siyasətini düzgün prioritetləşdirməsindən asılıdır. Azərbaycanın bu sahədə uğurunu təmin edən əsas amil odur ki, Azərbaycan Prezidenti İlham Əliyev idman sahəsinə sistemli və kompleks yanaşma tətbiq etməyi bacarmışdır. Məhz dövlətimizin başçısının yorulmaz səyləri nəticəsində ölkəmiz beynəlxalq idman ailəsinin sevilən, etimad göstərilən, təcrübəsinə müraciət edilən üzvünə çevrilmişdir.Bakıda 2015-ci ildə Birinci Avropa Oyunlarının, 2017-ci ildə dördüncü İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsinin nəticəsidir ki, bu dəfə də III MDB Oyunlarına ev sahibliyi edirik. Bu, Azərbaycana göstərilən yüksək etimaddır. Məhz III MDB Oyunları vasitəsilə də biz dünyaya sülh çağırışları edirik. İdmanda rəqabətə şahidlik edən meydançalardan dünyaya ötürdüyümüz sülh çağırışlarının əks-sədası dünyanı bürüyür.Daha bir xüsusi məqam odur ki, bu dəfə sözügedən oyunlar Gəncə olmaqla Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi kimi daha 6 şəhərimizdə keçiriləcək. Bu amil ondan xəbər verir ki, Prezident İlham Əliyev Bakı qədər regionların da inkişafına xüsusi önəm verir, regionlarda da idman infrastrukturu yüksək standartlara cavab verilərək qurulur. Dövlətimizin başçısı Azərbaycanın hər bir qarış torpağının bərabər səviyyədə inkişafına can yandırır. Dahi Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin ana yurdu olan, tarixi Azərbaycan torpağı Gəncənin Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı olmasının arxasında böyük fəlsəfi məna var. Bu, Azərbaycanın qədim mədəni irsinə malik olması, bu irsin dünyaya tanıdılması deməkdir.III MDB Oyunlarının açılış mərasimi zamanı olduqca həssas kadrlar nümayiş etdirilib. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəhid övladları ilə səmimi görüşü, ünsiyyəti, qayğısı xalqımızın yaddaşında silinməz izlər buraxıb. Xalqımız bir daha ölkə rəhbərliyinin xalqının sevincinə də, kədərinə də şərik olduğunun şahidi olub.

Azər Badamov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri