Icma.az
close
up
RU
Menu

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

Beynəlxalq etimadın təntənəsi

Beynəlxalq etimadın təntənəsi

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

“Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək böyük şərəfdir”  bu sözləri Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimat mərasimində səsləndirmişdir. Cənab Prezident çıxışında vurğulamışdır ki, “Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. O, elə bir böyük lider idi ki, onun uzaqgörənliyi və fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan və ən uğurlu ölkələrindən birinə çevirmişdir. Əziz qardaşım Şeyx Məhəmməd atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini davam etdirir. Bu gün Birləşmiş Ərəb Əmirlikləri tarixi köklərinə möhkəm, bağlı qalmaqla yanaşı, gələcəyə də inamla baxan, sülh və ahəngdar şəraitdə yaşayan bir cəmiyyətin necə qurulması baxımından həqiqətən də bir çox ölkələr üçün nümunədir”.

2019-cu ildən etibarən təqdim olunan “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülhün təşviqi, humanitar dəyərlərin qorunması, mədəniyyətlərarası dialoqun gücləndirilməsi və qarşılıqlı hörmət prinsiplərinin yayılmasına töhfə verən şəxslərə təqdim edilir. Bu mükafatın Azərbaycan Prezidentinə təqdim olunması ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, diplomatik fəaliyyətinin və qlobal əməkdaşlıq proseslərində aktiv iştirakının göstəricisi kimi qiymətləndirilə bilər. Bu, eyni zamanda Azərbaycanın həyata keçirdiyi daxili və xarici siyasətin beynəlxalq səviyyədə diqqətlə izlənildiyini və qiymətləndirildiyini göstərir. 

Ölkədə siyasi sabitliyin qorunması, iqtisadi inkişafın təmin olunması, sosial layihələrin həyata keçirilməsi və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul edilməsinə zəmin yaratmışdır. Enerji, nəqliyyat, humanitar və təhlükəsizlik sahələrində qurulan əməkdaşlıq əlaqələri ölkənin regional və qlobal səviyyədə rolunu daha da möhkəmləndirmişdir. Bu mükafatın təqdim olunması həm də Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq münasibətlərinin inkişafının göstəricisidir və iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da genişlənməsinə stimul verir. 

Son illərdə Azərbaycanın BMT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində müxtəlif təşəbbüslərlə çıxış etməsi ölkənin sülh və təhlükəsizlik məsələlərinə töhfə vermək niyyətini ortaya qoymuşdur. Multikulturalizm və tolerantlıq dəyərlərinin təşviqi də bu siyasətin əsas istiqamətlərindən biri kimi çıxış edir. Azərbaycan tarixən müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə yaşadığı məkan olmuş, bu ənənə müasir dövrdə də qorunaraq dövlət siyasətinin mühüm komponentinə çevrilmişdir. 

Mükafatın təqdim olunmasına təsir göstərən amillər sırasında regionda sülh təşəbbüsləri və sabitlik istiqamətində atılan addımlar da qeyd edilir. Uzun illər davam edən münaqişələrin ardından yaranan yeni geosiyasi reallıqlar bölgədə əməkdaşlıq və inkişaf üçün yeni imkanlar yaratmışdır. Aparılan siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və regionda yeni əməkdaşlıq perspektivlərinin formalaşması Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə töhfə kimi qiymətləndirilir. Bu proseslər yalnız milli səviyyədə deyil, regional miqyasda da iqtisadi və siyasi əlaqələrin genişlənməsi üçün zəmin yaradır. 

Beləliklə, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması ölkənin sülhə, əməkdaşlığa və humanitar dəyərlərə verdiyi önəmin beynəlxalq səviyyədə tanınmasının ifadəsi kimi qəbul edilə bilər. Bu hadisə Azərbaycanın qlobal münasibətlər sistemində mövqeyini gücləndirir, yeni tərəfdaşlıqların qurulmasına imkan yaradır və ölkənin beynəlxalq platformalarda fəal iştirakının davamlı xarakter aldığını göstərir. Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək həm simvolik, həm də siyasi baxımdan Azərbaycanın dünyada sülh, humanizm və qardaşlıq dəyərlərinin təşviqinə verdiyi töhfələrin təsdiqi kimi dəyərləndirilə bilər.

Həmidə Qoçəliyeva

YAP Naxçıvan şəhər təşkilatının fəalı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Fevral 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see358

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see357

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see345

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see273

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see242

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see242

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see231

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see226

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see224

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see218

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see192

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see189

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see176

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see175

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see170

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see169

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see166

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

14 Oktyabr 2026 00:59see162

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see161

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri