Icma.az
close
up
RU
“Beynəlxalq hüquq prinsipləri Azərbaycan üçün əsas tələbdir” Şərh olundu

“Beynəlxalq hüquq prinsipləri Azərbaycan üçün əsas tələbdir” Şərh olundu

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Tacikistan paytaxtında keçirilən görüş Azərbaycan-Rusiya münasibətlərində diplomatik yumşalmanın əlaməti kimi qiymətləndirilir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bu gün Tacikistanın paytaxtı Düşənbədə təkbətək görüş keçiriblər:

“Görüş çoxtərəfli diplomatik tədbirlər çərçivəsində - Mərkəzi Asiya-Rusiya ikinci Sammiti və MDB Dövlət Başçıları Şurasının iclası zamanı baş tutub.

Vladimir Putin oktyabrın 8-10-da Tacikistana üç günlük rəsmi səfər çərçivəsində paytaxt Düşənbəyə gəlib. Səfər müddətində Rusiya lideri bir sıra regional liderləq ikitərəfli görüşlər keçirir. Bu görüşlər sırasında İlham Əliyevlə təkbətək danışıqlar xüsusi əhəmiyyət kəsb edir.

Son illər Azərbaycan-Rusiya münasibətlərində müəyyən soyuqluq hiss olunsa da, Düşənbə görüşü iki ölkə arasında diplomatik əlaqələrin davam etməsinə və mövcud gərginliyin yumşaldılmasına işarə edir.

Görüşün ən həssas və prioritet mövzusu AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması məsələsi oldu. Rusiya Prezidenti Vladimir Putin görüşə məhz bu mövzudan başlamağı təklif edib.

Putin hadisənin Rusiya hava məkanında baş verdiyinə görə bir daha üzr istədiyini bildirdi və qəzada həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verdi. Rusiya lideri qeyd etdi ki, həmin gün Rusiyanın hava məkanına müdaxilələr olub və Rusiya HHQ tərəfindən atəş açılıb.

Putin görüşdə təyyarə qəzası ilə bağlı kompensasiya ödəniləcəyini və günahkarların cəzalandırılacağını açıq şəkildə bəyan etdi. Rusiya Prezidenti bildirib ki, hadisə üzrə araşdırma davam edir və yaxın vaxtda başa çatacaq.

Bu bəyanat Azərbaycan rəhbərliyinin prinsipial mövqeyi nəticəsində əldə edilmiş mühüm diplomatik nailiyyət hesab olunur. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasəti Rusiyanın məsuliyyəti etiraf etməsinə və konkret addımlar atmağa hazır olduğunu bildirməsinə səbəb olub.

AZAL təyyarəsi məsələsindən əlavə, görüşdə digər ikitərəfli və regional məsələlər də müzakirə olundu.

Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olmaqda davam edir. Enerji sahəsində əməkdaşlıq, investisiya layihələri və qarşılıqlı ticarətin genişləndirilməsi gündəmdədir.
"Şimal-Cənub" və digər nəqliyyat layihələri regional əlaqələrin inkişafında mühüm rol oynayır.
Cənubi Qafqazda sabitlik məsələləri, o cümlədən Ermənistan-Azərbaycan sülh prosesi və region ölkələri arasında əlaqələrin normallaşması gündəmdə ola biləcək mövzulardandır.

Siyasi, iqtisadi və humanitar sahələrdə Azərbaycan-Rusiya əlaqələrinin gələcək perspektivləri və əməkdaşlığın genişləndirilməsi yolları da müzakirə mövzularından biridir.

Bu görüş bir neçə baxımdan tarixi əhəmiyyət kəsb edir. İlk növbədə, AZAL təyyarəsi faciəsi ilə bağlı Rusiyanın açıq şəkildə məsuliyyət qəbul etməsi və kompensasiya ödəməyi öhdəsinə götürməsi beynəlxalq münasibətlərdə Azərbaycanın prinsipial mövqeyinin qələbəsidir.

Prezident İlham Əliyevin bu məsələdə nümayiş etdirdiyi qətiyyət və diplomatik bacarıq nəticəsində Rusiya öz səhvini etiraf etməyə və konkret addımlar atmağa məcbur oldu. Bu, həm də Azərbaycanın beynəlxalq arenada öz milli maraqlarını necə müdafiə etməsinin bariz nümunəsidir.

İkincisi, görüş çoxtərəfli tədbirlər çərçivəsində keçirilir və bu, Azərbaycanın regional proseslərə inteqrasiyasını nümayiş etdirir. Düşənbə görüşü həm də son bir ildə iki prezident arasında növbəti yüksək səviyyəli təmas hesab olunur və diplomatik münasibətlərin yeni formada davam etməsini göstərir.

Tacikistanda keçirilən çoxtərəfli sammitlər postsovet məkanında əməkdaşlığın davam etməsi və regional təşkilatların fəaliyyətinin gücləndirilməsi baxımından önəmlidir. Azərbaycan bu proseslərdə aktiv iştirakçı kimi özünü göstərir və milli maraqlarını müdafiə edir.

Görüşün konkret nəticələri və əldə edilmiş razılaşmalar barədə məlumatlar tezliklə rəsmi mənbələr tərəfindən açıqlanacaq. Hər iki ölkənin kütləvi informasiya vasitələri tərəfdən görüşə maraq böyükdür və diplomatik nəticələr diqqətlə izlənilir.

Düşənbədə keçirilən Əliyev-Putin görüşü Azərbaycan diplomatiyasının mühüm uğuru kimi qiymətləndirilir. AZAL təyyarəsi faciəsi ilə bağlı Rusiyanın məsuliyyəti etiraf etməsi, üzr istəməsi və kompensasiya ödəməyi öhdəsinə götürməsi Prezident İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyinin nəticəsidir.

Görüş həm də göstərdi ki, Azərbaycan regional proseslərdə fəal iştirak edərkən milli maraqlarını prioritet hesab edir və onları müdafiə etməkdə qətiyyətlidir. İkitərəfli əlaqələrdə pragmatik yanaşma saxlanılsa da, ədalət və beynəlxalq hüquq prinsipləri Azərbaycan üçün əsas tələblər olaraq qalır.

Görüşün digər nəticələri və əldə edilmiş razılaşmalar yaxın günlərdə aydınlaşacaq, lakin AZAL təyyarəsi məsələsində əldə edilən diplomatik uğur artıq Azərbaycanın beynəlxalq nüfuzunun və mövqeyinin möhkəmlənməsinə töhfə verib”.

Arzu Qurbanlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Oktyabr 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri