Icma.az
close
up
RU
Beynəlxalq hüquqa zidd, təhrif dolu qətnamə

Beynəlxalq hüquqa zidd, təhrif dolu qətnamə

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

EAPCA Belçika parlamentinin Azərbaycana qarşı qətnaməsinə etiraz edib

Avro-Atlantika Azərbaycanlıları Tərəfdaşlıq Şurası (EAPCA) Belçika Nümayəndələr Palatasının Azərbaycana qarşı qəbul etdiyi birtərəfli və qərəzli qətnaməni qətiyyətlə rədd edib və etiraz bildirib.

EAPCA-nın bəyanatında deyilir ki, sözügedən qətnamə beynəlxalq hüququn əsas prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyinə və daxili işlərinə qarışmamaq prinsipinə zidd olmaqla yanaşı, Cənubi Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq səylərinə ciddi zərbə vurur:

Bəyanatda qeyd olunur ki, qətnamədə reallıqlara əsaslanmayan, birtərəfli və manipulyativ məlumatlara istinad edilərək Azərbaycan Respublikasının legitim və beynəlxalq hüquqa uyğun mövqeyi təhrif olunur: “Bu cür yanaşma regionda davamlı sülhün bərqərar olması üçün atılan konstruktiv addımlara xələl gətirir və birtərəfli siyasi mövqe nümayiş etdirir. Avro-Atlantika Azərbaycanlıları Tərəfdaşlıq Şurası olaraq Belçika parlamentini məsuliyyətli və obyektiv davranmağa, Cənubi Qafqazda sülh və əməkdaşlığın təşviqinə töhfə verməyə çağırırıq”.

EAPCA-nın bəyanatında daha sonra bildirilir ki, təşkilat Azərbaycan dövlətinin regionda sülhün və sabitliyin təmin olunmasına yönəlmiş səylərini tam dəstəkləyir: “Həmçinin beynəlxalq ictimaiyyəti bu istiqamətdə balanslı mövqe sərgiləməyə çağırırıq. Avro-Atlantik məkanda fəaliyyət göstərən diaspor təşkilatı olaraq, biz Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və milli maraqlarını beynəlxalq platformalarda dəstəkləməyə davam edəcəyik".

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyul 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri