Icma.az
close
up
RU
Ərdoğan: Türkiyə beynəlxalq hüquqa zidd hərəkətləri qəbul etmir

Ərdoğan: Türkiyə beynəlxalq hüquqa zidd hərəkətləri qəbul etmir

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Ankaranın Venesuelada baş verən hadisələrlə bağlı mövqeyini Ağ ev rəhbərinin diqqətinə çatdırdığını bildirib.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Ankarada hökumətin iclasından sonra keçirilən brifinqdə çıxış edən dövlət başçısı Venesuelada sabitliyin pozulmasının yolverilməz olduğunu vurğulayıb.

"Cənab Trampa Venesuela məsələsində Ankaranın həssas mövqeyini çatdırdım, bu ölkənin qeyri-sabitlik zolağına sürüklənməsinin yolverilməz olduğunu qeyd etdim. Türkiyə və onun xalqı dost Venesuela xalqının yanında olmağa, bu ölkə əhalisinin inkişafı və rifahının yüksəldilməsinə yönələn səyləri dəstəkləməyə davam edəcək", – deyə Prezident Ərdoğan bildirib.

Türkiyə lideri qeyd edib ki, Nikolas Maduro və ümumilikdə Venesuela xalqı dəfələrlə Türkiyənin dostu olduqlarını təsdiqləyib.

"Türkiyə və Venesuela iki dost dövlət kimi, ölkələrimiz üçün çətin dövrlərdə də daxil olmaqla, həmrəyliyə hər zaman üstünlük veriblər", – deyə Rəcəb Tayyib Ərdoğan xatırladıb və Ankaranın bu gün də məhz bu mövqeyə əsaslandığını vurğulayıb.

"Dövlətlərin suveren hüquqlarının və ümumilikdə beynəlxalq hüquq normalarının pozulması qlobal miqyasda ciddi fəsadlara gətirib çıxara biləcək riskli addımdır. Gücün hüquqdan üstün tutulduğu bir dünyada qeyri-sabitlik, böhran və münaqişələr qaçılmazdır. Türkiyə beynəlxalq hüquqa zidd olan heç bir hərəkəti qəbul etmir", – deyə o, qeyd edib.

Prezident Ərdoğan əlavə edib ki, qlobal arenada qeyri-müəyyənliyin artdığı dövrdə Türkiyə hakimiyyəti milli maraqların müdafiəsi kursunu qətiyyətlə davam etdirir. "Biz güclü bir dövlətin təmsilçiləri olduğumuzu yaxşı dərk edirik. Ölkəmizi müxtəlif beynəlxalq platformalarda şərəf və qürurla təmsil edirik", – deyə o, bildirib.

Türkiyə Prezidenti ölkə daxilində hökumətə qarşı çıxan qüvvələrin destruktiv mövqeyinə də diqqət çəkib.

"44 günlük Vətən müharibəsi dövründə ölkə daxilində müəyyən dairələr erməni diasporu ilə eyni mövqedən çıxış edərək qardaş Azərbaycanın haqlı mübarizəsini dəstəkləyən Türkiyə hakimiyyətini tənqid edirdilər. Həmin qüvvələr Bəşər Əsəd Suriyadan qaçdıqda isə bizi qonşu ölkənin devrilmiş rəhbərliyi ilə dialoqa çağırırdılar", – deyə dövlət başçısı bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://baku.ws
archiveBu xəbər 05 Yanvar 2026 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri