Beynəlxalq hüququn pozulması açıq aydın hiss edilir ŞƏRH
Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Uzun illər ərzində beynəlxalq hüquq normaları dövlətlərarası münasibətlərin əsas dayaqlarından biri kimi qəbul olunmuşdur. Suverenlik, ərazi bütövlüyü, gücdən istifadə etməmək və daxili işlərə qarışmamaq prinsipləri beynəlxalq sistemin dəyişməz qaydaları sayılırdı. Lakin müasir dövrdə baş verən siyasi proseslər bu prinsiplərin artıq hamı üçün eyni dərəcədə keçərli olmadığını açıq şəkildə ortaya qoyur.
Bu gün beynəlxalq hüququn bərabər və ədalətli şəkildə tətbiq olunmaması açıq-aydın hiss edilir. Xüsusilə güclü dövlətlərin maraqlarına toxunan hallarda hüquqi normaların arxa plana keçirilməsi beynəlxalq hüquqa olan inamı ciddi şəkildə sarsıdır. Eyni hüquq pozuntularına fərqli yanaşmaların nümayiş etdirilməsi, ikili standartların geniş yayılması beynəlxalq ədalət anlayışını sual altına alır. Getdikcə aydın olur ki, bəzi hallarda beynəlxalq hüquq müstəqil norma olmaqdan çıxaraq siyasi maraqlara xidmət edən alətə çevrilir. Qərarların hüquqi prinsiplər əsasında deyil, mövcud geosiyasi balanslara uyğun verilməsi beynəlxalq təşkilatların nüfuzuna da mənfi təsir göstərir. Nəticədə hüquq normaları formal olaraq mövcudluğunu qorusa da, onların real icrası selektiv xarakter daşıyır. Azərbaycanın yaşadığı təcrübə bu reallığın bariz nümunəsidir. Uzun illər ərzində ölkəmizin ərazi bütövlüyü ilə bağlı beynəlxalq hüquq normaları və qəbul olunmuş qərarlar mövcud olsa da, onların praktik icrası təmin edilməmişdir. Bu isə beynəlxalq hüququn yalnız qəbul edilməsinin deyil, eyni zamanda icra mexanizmlərinin də nə qədər vacib olduğunu göstərir. Mövcud vəziyyət onu deməyə əsas verir ki, beynəlxalq hüququn effektivliyi yalnız sənədlərlə deyil, ədalətli və ardıcıl tətbiqlə ölçülür. Əks halda beynəlxalq hüquq universal dəyər statusunu itirərək güc balansından asılı olan nisbi anlayışa çevrilir ki, bu da qlobal sülh və təhlükəsizlik üçün ciddi təhlükələr yaradır.
Xaliq Cabbarov
YAP fəalı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 22 Yanvar 2026 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















