Icma.az
close
up
RU
Beynəlxalq ictimaiyyətin ikili standartlarını rədd edirik” Türkiyəli nazir

Beynəlxalq ictimaiyyətin ikili standartlarını rədd edirik” Türkiyəli nazir

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Ötən həftə İstanbul Respublika Baş Prokurorluğu tərəfindən İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) ilə bağlı başladılan iki ayrı istintaq çərçivəsində ümumilikdə 51 nəfər həbs edilib, 14 nəfərin isə axtarışları davam edir. Bəzi beynəlxalq dairələr bu istintaqın siyasi motivlər əsasında aparıldığı görüntüsünü yaratmağa və ya ölkə başçısı ilə əlaqələndirməyə çalışdı. Bu iddiaları qətiyyətlə rədd edirik. Respublika prokuroru şübhəlilərin həm lehinə, həm də əleyhinə olan sübutları toplayır. Hər kəs bilməlidir ki, hüquqi dövlətdə törədilən hər cinayətin müdafiəsi məhkəmədə aparılmalıdır, küçələrdə yox. Müdafiəni məhkəmə qarşısında etmək həm hüququn təmini, həm də məsuliyyətdir.

Redaktor.az xəbər verir ki, bu fikirləri Türkiyənin ədliyyə naziri Yılmaz Tunç İstanbulda beynəlxalq mətbuat nümayəndələri ilə görüşü zamanı söyləyib.

Türkiyənin hüquqi dövlət olduğunu bir daha vurğulayan nazir deyib:

“Biz hüququ yalnız qanunlar toplusu kimi görmürük. Hüquq bizim cəmiyyətin təməl daşıdır. Demokratiyanın ayrılmaz hissəsi olan düşüncə azadlığının inkişafı üçün 23 il ərzində mühüm addımlar atmışıq. Məhkəmə strategiya sənədləri ilə çoxsaylı islahatlar həyata keçirilib, köklü və genişmiqyaslı addımlar atılıb. Bu müddət ərzində Türkiyədə xalqın dövlətlə birbaşa əlaqəsinin təmini istiqamətində yeni sistem yaradılıb. Siyasi və hüquqi azadlığa olan maneələr aradan qaldırılıb.

Türkiyənin qərəzsiz və müstəqil məhkəmə sisteminə güvənilməlidir. Ədalətin yerinə yetməsi üçün verilən qərara hörmətlə yanaşmaq hamımızın borcudur. Beynəlxalq ictimaiyyətin ikili standartlarını rədd edirik”.

Türkiyənin qlobal səviyyədə də insan hüquqlarını müdafiə etdiyini vurğulayan nazir bildirib ki, qlobal böhranlara nəzər saldıqda Türkiyənin mövqeyinin nə qədər əhəmiyyətli olduğu açıq-aşkar görünür. Türkiyə təkcə öz xalqı üçün deyil, bütün insanlıq üçün təhlükəsiz bir limandır.

Nazir deyib ki, İBB araşdırmasının ardından Türkiyədə keçirilən qanunsuz aksiyalar zamanı ölkənin 24 vilayətində ümumilikdə 1568 nəfər saxlanılıb, onlardan 222-nin həbsinə qərar verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Mart 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri