Icma.az
close
up
RU
Mina problemi beynəlxalq ictimaiyyətin diqqətində

Mina problemi beynəlxalq ictimaiyyətin diqqətində

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çin Azərbaycana minatəmizləmə sahəsində dəstəyini davam etdirəcək Azərbaycan dünyada mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən biridir. 30 illik işğal dövründə Ermənistan xeyli sayda hərbi cinayətlər törədib ki, bunların sırasında mina terroru da əsas yerlərdən birini tutur. Ermənistanın mina terroru hələ də davam edir. Təkcə aprel ayında işğaldan azad edilmiş ərazilərimizdə bir neçə mina partlaması hadisəsi baş verib. Aprelin 2-də  Ağdam rayonunun Çəmənli kəndi ərazisində 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Nurəddin Feyzi oğlu Abbasov, aprelin 6-da  Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində ANAMA-nın əməkdaşı 1991-ci il təvəllüdlü Heydər Əli oğlu Xankişiyev,  Ağdam rayonunun Qalayçılar kənd sakini, 1983-cü il təvəllüdlü Səbuhi Elman oğlu Məmmədov və iki azyaşlı övladı, aprelin 28-də isə Qazax rayonunun Qızılhacılı kəndində ANAMA-nın əməkdaşı, 1985-ci il təvəllüdlü Elnur Oruc oğlu Paşayev minaya düşərək müxtəlif dərəcəli xəsarət alıblar.

400 nəfərə yaxın mina qurbanı...

Bütövlükdə, 2020-ci il müharibəsindən bəri 400 nəfərə yaxın Azərbaycan vətəndaşı Ermənistanın mina terrorunun qurbanı olub. Bu, yalnız fiziki deyil, həm də insanların psixoloji və sosial baxımdan dərindən təsirləndiyi ciddi bir problemdir. İşğal dövründə ərazilərimizə basdırılmış minalar regionda qalıcı sülhün bərqərar olmasına ciddi təhdid yaradır. Bu təhlükənin qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq və yardımlar olduqca vacibdir. Eyni zamanda, Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdəki humanitar vəziyyətin ciddi şəkildə nəzərə alınması və Ermənistanın beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsi aidiyyəti beynəlxalq qurumlar qarşısında mühüm bir öhdəlik olaraq qalmaqdadır. Minaların məqsədli şəkildə basdırılması insan hüquqlarının ciddi şəkildə pozulmasına, regionda sülhün və təhlükəsizliyin bərpasını çətinləşdirməyə səbəb olur.

Çinlə Anlaşma  Memorandumu əməkdaşlığı gücləndirəcək

Bütün bunları nəzərə alaraq, beynəlxalq ictimaiyyət  minatəmizləmə fəaliyyətlərinin təxirəsalınmazlığını qəbul etməli, Azərbaycanın davam edən minatəmizləmə səylərinə dəstək olmalıdır. Müsbət haldır ki, ölkəmizin dostları bu istiqamətdə öz dəstəyini göstərir. Buna nümunə olaraq, Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun imzalanmasını göstərmək olar. Yeri gəlmişkən, Çinin ölkəmizdə yeni təyin olunmuş səfiri Lu Mey də bugünlərdə keçirdiyi brifinqdə söyləyib ki, Çin öz imkanları daxilində Azərbaycana minatəmizləmə və mina qurbanlarına dəstək sahələrində humanitar yardım göstərməyə davam edir.

Aİ və ATƏT də minatəmizləmə prosesinə töhfə vermək istəyir

Bundan əlavə, aprelin 25-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın ölkəmizə səfəri zamanı da mina problemi diqqət mərkəzində olub. Birgə keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, 2020-ci ilin noyabrından bu günə qədər təxminən 400 nəfər mina partlayışlarının qurbanı olub. Bu, təkcə bizim üçün deyil, bütövlükdə region üçün ciddi təhlükə mənbəyidir. Nazirin sözlərinə görə, ölkəmiz üçün ən vacib istiqamətlərdən biri, 30 il işğal altında qalmış ərazilərimizin bərpası və yenidən qurulmasıdır. Bu prosesin əsas tərkib hissələrindən biri və ən böyük çətinlik yaradan amil mina problemidir. Bu istiqamətdə Azərbaycan çox böyük resurslar sərf edir. Lakin problemin miqyası o qədər genişdir ki, müharibənin başa çatmasından beş il keçməsinə baxmayaraq, biz hələ uzun illər bu problemlə mübarizə aparmalı olacağıq. “Bu sahədə Avropa İttifaqı ilə əməkdaşlıq mövcuddur. Azərbaycan bu əməkdaşlığın daha da genişlənməsində və Avropa İttifaqı ilə birgə daha böyük layihələrin həyata keçirilməsində maraqlıdır. Ümid edirik ki, gələcək illərdə bu məsələyə xüsusi diqqət yetiriləcək”, - deyə Azərbaycanın XİN başçısı vurğulayıb.

Kaya Kallas isə deyib ki, Avropa İttifaqı Azərbaycanda minaların təmizlənməsi prosesinə töhfə verməkdədir və ölkədə münaqişənin izlərinin aradan qaldırılması istiqamətində səylərini davam etdirəcək.

Həmin gün ölkəmizdə səfərdə olan ATƏT-in Baş katibi Feridun Sinirlioğlu da təşkilatın Azərbaycan ərazilərinin minalardan təmizlənməsi sahəsində dəstək göstərməyə hazır olduğunu bəyan edib. Onun sözlərinə görə,  ATƏT-in bu istiqamətdə zəngin təcrübəsi mövcuddur.

Bütün bunlarla yanaşı, beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən törədilən hərbi və ekoloji cinayətlərə, humanitar hüquq pozuntularına sərt reaksiya verməli, dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi istiqamətində bu ölkəyə ciddi təzyiqlər göstərməlidir.

Nardar BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Aprel 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri