Icma.az
close
up
RU
Beynəlxalq jurnal ümumtürk dəyərlərini tədqiq və təbliğ edəcək

Beynəlxalq jurnal ümumtürk dəyərlərini tədqiq və təbliğ edəcək

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

“Mahmud Kaşğarlı” beynəlxalq elmi jurnalının xüsusu buraxılışı nəşr olunmuşdur. Mahmud Kaşğarlının "Divanü lüğət-it türk" əsərinin yazılmasının 950 illiyinə həsr edilən buraxılış, Türk dünyasının zəngin mədəni irsinin və dilin əhəmiyyətini vurğulayan əhəmiyyətli bir təşəbbüsdür. Nəşr Türk dünyasının birliyini möhkəmləndirən və ortaq mirası yad edən bir addım kimi diqqət çəkir.

Buraxılış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının ümumi tarixini, mədəni irsini və dil birliyini önə çıxaran dəyərli fikirləri ilə açılır.

Nəşrdə ADPU-nun rektoru Cəfər Cəfərovun, Beynəlxalq əlaqələr üzrə prorektor Mahirə Hüseynovanın Mahmud Kaşğarlının "Divanü lüğət-it türk" əsəri haqqında fikirləri, akedemik Nizami Cəfərov, L.N.Gumilyov adına Avroaziya Milli Universitetinin türkologiya kafedrasının müdiri A. Şarip, Ural Federal Universitetinin Azərbaycanşünaslıq mərkəzinin direktoru professor Aleksandr Nesterov və Türk dünyasının bir sıra tanınmış nüfuzlu alimlərinin təbrikləri yer alır.

Qeyd edək ki, “Mahmud Kaşğarlı” beynəlxalq elmi jurnalı ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovanın təsisiçiliyi və baş redaktorluğu ilə nəşr edilir. Az bir müddətdə jurnalın websaytı-kashgari.az; məqalələrin göndərilməsi üçün mahmud-

[email protected] internet ünvanı yaradılmış, ISSN, E İSSN sertifikatı alınmış, Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın rəsmi qeydiyyatından keçmişdir. “Mahmud Kaşğarlı” beynəlxalq elmi jurnalı təsis edildiyi çox qısa müddət ərzində böyük nüfuz qazanmış, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Macarıstan, Amerika, Koreya, Bosniya və Herseqoviniya, Rusiya (Moskva, Kazan, Yekaterinburq, Altay), Gürcüstan, İsveçrə, Ukrayna, Hindistanın tanınmış nüfuzlu türkoloq alimləri ilə yaxından əməkdaşlıq əlaqələri qurmuşdur.

Beynəlxalq nəşr tarix boyu dünya mədəniyyətinə misilsiz töhfələr vermiş türk xalqlarının dilini, ədəbiyyatını, tarixi irsini, arxeologiyasını, etnoqrafiyasını, folklorunu, qədim abidələrini, yazısını, mədəniyyətini, incəsənətini, memarlığını, həyat fəlsəfəsini və türk ruhunu əks etdirən tədqiqatların dərc edildiyi beynəlxalq elmi bir platformadır. Jurnalın məqsədi, türk xalqlarının zəngin və çoxşaxəli mədəniyyətini öyrənmək, araşdırmalar vasitəsilə bu xalqlar arasında birliyi gücləndirmək və elmi ictimaiyyəti türk dünyasının dərin tarixini və mədəniyyətini anlamağa dəvət etməkdir. Bu yanaşma türk xalqlarının keçmişinə dair daha çox həqiqətlərin üzə çıxarılmasına və türk birliyinin inkişafına müsbət təsir göstərəcəkdir.

Türkiyənin dünyanın 43 ölkəsində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu – İKSAD-ın direktoru, professor Mustafa Lətif Əmək XQ-yə bildirib ki, Mahmud Kaşğarlının “Divanü lüğət-it-türk” əsərinin 950 illiyi münasibətilə “Mahmud Kaşğarlı” beynəlxalq elmi jurnalının xüsusi buraxılışı türk dünyasında həm akademik, həm də mədəniyyət sahəsində böyük bir əhəmiyyət kəsb edir. Bu yalnız Mahmud Kaşğarlı və onun irsinin tədqiqinə olan marağı göstərməklə qalmır, eyni zamanda türk dünyasının birliyini, qarşılıqlı əlaqələrini və mədəni irsə verilən böyük diqqəti nümayiş etdirir.

Dekabrın əvvəlində Odlar Yurdu Universitetində ADPU Türkoloji Mərkəz, Mahmud Kaşğarlı adına Beynəlxalq Fond, AMEA Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və bizim inistitutun təşkilatçılığı ilə "Mahmud Kaşğarlı: 2-ci beynəlxalq elm, mədəniyyət və təhsil konfransı” keçiriləcəkdir. Bu beynəlxalq mərasimdə Türkoloji Mərkəzin “Mahmud Kaşğarlı” beynəlxalq elmi jurnalının da təqdimatı planlaşdırılır.

Namiq QƏDİMOĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Noyabr 2024 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri