Icma.az
close
up
RU
“Tura bayramı”ndan gələn ümumtürk təntənəsi

“Tura bayramı”ndan gələn ümumtürk təntənəsi

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Novruz haqqında ilkin məlumatlara Turan-sak mifologiyasında və onunla bağlı olan arxeoloji qaynaqlarda rast gəlinir. Rus arxeoloqu A.Martınov yazır: “Skif (sak) dövründə Avrasiya çöllərində yerli kultlarla yanaşı, qədim əsaslara söykənən ümumi kultlar da formalaşmışdır: əcdad, heyvan, Günəş, bitki, bir qədər sonra, e.ə.VI əsrdən isə od (atəş) kultu. Onlar dünya, kainat, xeyir və şər ideyalarının mübarizəsini, Günəşin ilahiləşdirilməsi kimi təsəvvürləri əks etdirirdilər”.

Əcdad kultu kimi keçirilən bayram o zaman “Tura bayramı” adlanırdı. Qədim Turan xalqlarından olan və XX əsrədək qədim mifoloji (bütpərəstlik) inanclarını saxlayan çuvaşlar indi də həmin bayrama “Tura bayramı” deyirlər. Zərdüşt peyğəmbər özü də turanlı idi. O, e.ə.VI əsrdə çoxsaylı Turan inanc və miflərində islahatlar aparmaq, onları vahid sistem əsasında ümumiləşdirmək qərarına gəlir. Xeyir və şər qüvvələr arasında gedən mübarizəni öz təliminin mərkəzinə qoyan Zərdüşt turanlıların öz əcdadı hesab etdikləri Tura tanrısını baş tanrı Ahura Məzda (Hikmət sahibi) ilə əvəz etmək istəyirdi.

Zərdüştün təlimində il 2 fəsildən − yay və qışdan ibarət idi. Belə hesab edilirdi ki, yayda Xeyir tanrısı Ahura Məzda, qışda isə Şər tanrısı Əhrimən üstün gəlir. Yay fəsli 21 martdan, yəni gecə ilə gündüzün bərabərləşdiyi gündən 22 sentyabra qədər olan dövrü əhatə edirdi. İlin ilk günü “Ahura Məzda günü” adlanırdı. Ancaq Zərdüştün həmvətənləri onun təlimini qəbul etmədilər və onu əcdadların inanclarına müxalif çıxmış bir adam kimi Turandan qovdular.

Zərdüşt 10 il sərgərdan gəzdikdən sonra indiki Əfqanıstan ərazisinə gəlir. Burada İran şahı I Daranın canişini və atası olan Viştaspa onun təlimini qəbul edir. “Ahura Məzda bayramı” ifadəsi də bir neçə əsrdən sonra burada “Hörmüzd bayramı” forması alır.

Ərəb işğalından və İslamın qəbulundan sonra isə müsəlman ruhaniləri başqa dinin tanrısının adına olan təqvim bayramı keçirməyi qadağan edirlər və bayrama “Novruz” (“Yeni gün”) adı verirlər.

Beləliklə, biz görürük ki, zərdüştilik dininin özü kimi, onun əsas bayramı olan Novruz da qədim turanlıların dünyanın yaranması barədəki təsəvvürlərinin, mif və müxtəlif kultların əsasında formalaşmışdır. Bu təlim e.ə. VI əsrdən b.e. VII əsrinə qədər Mərkəzi Asiya, İran və Azərbaycanda rəsmi din olmuşdur.

Ancaq VII əsrdə baş verən ərəb işğalından sonra zərdüştilik dini qadağan edilir və onun kahinləri təqib olunurlar. Məlumdur ki, hər bir dinin ayin və mərasimlərini qoruyan və yaşadan onun kahinləridir. Qeyd edilən ərazilərdə islam dini yayıldıqdan sonra zərdüştilik dini ortadan çıxır. Ancaq Novruz bayramı o qədər gözəl və cazibədar idi ki, xalq onu öz yaddaşında saxlayaraq yaşadır.

Böyük bir ərazidə şifahi yaddaş əsasında nəsildən nəsilə ötürülən mərasimlərin təhriflərə uğraması və ya onun ayrı-ayrı ünsürlərinin yaddaşlardan silinməsi qaçılmazdır. Məsələn, 1990-cı illərin əvvəllərinə qədər rayonlarımızda müxtəlif adlar altında 6 çərşənbə mərasimi keçirilirdi. Novruz bizdə rəsmi dövlət bayramı kimi qəbul edildikdən sonra bu rəngarəngliyi aradan qaldırmaq və sistemləşdirmək üçün folklorşünaslarımıza göstəriş verilmişdi. Onlar isə Novruzun qədim tarixini bilmədiklərinə görə fars Novruzuna məxsus 4 ünsürü (su,od, yel, torpaq) seçdilər.

Bu ünsürlər isə farslarda zərdüştilikdən əvvəl mövcud olmuş Mitra (Mehr) dininə məxsusdur. Çünki farslar zərdüştiliyi qəbul edərkən Mitra dininə aid olan bir sıra ayin və ünsürləri də ona daxil etmişdilər. Azərbaycan uzun müddət zərdüştiliyin mərkəzi olduğuna görə burada Novruz bayramından əvvəl 6 çərşənbə günü qeyd edilirdi, 7-ci od ünsürü isə Novruz günü qeyd edilirdi.

Onların həqiqi mənaları isə aşağıdakı hikmətli mifə əsaslanır: Ahura Məzda öz işıqlı dünyasını 7 ünsürdən (yumurta qabığı formasında olan və digər ünsürləri öz əhatəsinə alan səma, su, Yer (torpaq), bitki, buğa, insan, od) ibarət düzəltmiş və onları Əhrimənin hücumundan qorumaq üçün 6 qoruyucu mələk də yaratmışdır. Sonuncu od (Günəş) ünsürünün qoruyucusu isə Ahura Məzdanın özü idi.

Qışın ortalarında şər qüvvələr o qədər azğınlaşırlar ki, insanlar onların törətdikləri soyuq və xəstəliklərə dözməyərək, kömək üçün hər çərşənbə günü bir qoruyucu mələyə müraciət edirlər. İnsanlar özlərinin ölmüş əcdadlarının ruhlarını da köməyə çağırırlar və onları yaxşı qarşılamaq üçün hazırlıq işləri görürlər (evlər, həyət və küçələr təmizlənir, bayram süfrəsi üçün lazımi azuqələr, təzə paltarlar alınır və s.).

Nəhayət, axır çərşənbə günü qaranlıq düşəndə mələklər və əcdadların ruhları “gəlib çıxırlar”. Ruhlar öz evlərini və qohumlarını tanıyıb, onlara tez çatsınlar deyə hündür yerlərdə tonqal qalayıb üstündən tullanırlar. Ruhlar gələndən sonra isə onların şərəfinə qonaqlıq başlanır və ruhlar da öz paylarını almaq üçün qapı və ya bacalardan torba atırlar. Səhəri günü isə ruhların qəbri üstünə gedib, oraları da təmizləyir və üstünə yemək qoyurlar.

Axır çərşənbə ilə Novruz arasında olan günlərdə isə xeyir və şər qüvvələrin mübarizəsi gedirdi və bu mübarizəni əks etdirən müxtəlif tamaşalar (“Kosa və Keçəl” və s.) göstərilirdi. Nəhayət, 21 martda şər qüvvələr qovulur və Novruz günü bu qələbə bayram edilirdi. Bir sıra digər xalqlarda isə yalnız axır çərşənbə və Novruz günləri bayram kimi qeyd olunur.

Bununla yanaşı, Novruz mərasimləri əksər ölkələrdə, əsasən, oxşar formada keçirilir. Məsələn, Özbəkistanda, Qazaxıstanda, Qırğızıstanda, Tacikistanda və Türkmənistanda bayram ərəfəsində evi üzərlik tüstüsünə tuturlar ki, şər ruhları evdən qovsunlar. Evlər, həyətlər, ölmüş yaxınların qəbirləri təmizlənir, səliqə və sahmana salınır ki, qonaq gələn ruhlar razı qalsınlar. Küsənlər barışır, adamlar öz borclarını qaytarırlar. Adamlar tonqal qalayıb, üstündən tullanırlar. Qızlar niyyət tuturlar və s.

Güney azərbaycanda 7 qoruyucu mələyin (onlara “spentə” deyilir) şərəfinə bayram süfrəsinə “s” hərfi ilə başlanan 7 nemət qoyulur. Süfrədə magik məna daşıyan digər əşyalar da (şam, güzgü, yumurta, səməni və s.) yer alır. Yemək məhsullarından daha çox plov, ət, pendir, halva, müxtəlif quru meyvələr və şirniyyat hazırlanır. Bayram günləri müxtəlif yarışlar və gəzintilər təşkil edilir.

Hazırda Novruz Azərbaycandan əlavə, Qazaxıstanda, Özbəkistanda, Qırğıstanda, Tükmənisrtanda, Tacikistanda, İranda, Gürcüsüstanda, Türkiyədə, Albaniyada, Makedoniyada dövlət bayramı sayılır. bu bayram Əfqanıstanda, Uyğurstanda, Başqırdıstanda, Tatarıstanda və Dağıstanda da qeyd edilir.

Göründüyü kimi, Novruz çoxdan özünün qədim dini mahiyyətini itirmiş və tamamilə ümumxalq bayramına çevrilmişdir. Sönük keçən müsəlman bayramlarından fərqli olaraq, Novruz insanlara fərəh və sevinc gətirir, yeni ildə arzuların həyata keçəcəyinə inam bəxş edir.

2013-cü ildə UNESCO bu bayramı “Beynəlxalq Novruz Günü” adı altında bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil etmişdir. BMT də 21 mart gününü Beynəlxalq Novruz Günü kimi tanımışdır.

Kamil HÜSEYNOĞLU,
filologiya elmləri doktoru, professor

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Mart 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see424

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see144

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see143

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see141

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see138

Milli Musiqimizin Memarı” adlı konsert keçirildi FOTOLAR

23 Sentyabr 2025 16:08see132

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see132

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see131

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see130

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see129

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see129

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see129

Haaland Premyer Liqada yeni nailiyyətə imza atdı

22 Sentyabr 2025 15:38see126

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see126

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” VİDEO

24 Sentyabr 2025 00:42see122

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see121

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see120

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see120

AIIF 2025 çərçivəsində 10 milyard dollarlıq sənədlər imzalanıb

23 Sentyabr 2025 18:09see116

Beynəlxalq Bankın keçmiş rəhbəri Elmar Məmmədov dindirildi

23 Sentyabr 2025 04:15see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri