Icma.az
close
up
RU
Beynəlxalq konfrans keçirildi Fotolar

Beynəlxalq konfrans keçirildi Fotolar

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

“Türk Dünyası Həftəsi” çərçivəsində iyunun 29-da Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda beynəlxalq konfrans keçirilib.

Axşam.az xəbər verir ki, BDU-nun rektoru Elçin Babayev çıxış edərək “Türk Dünyası Həftəsi”nin əhəmiyyətini vurğulayıb, təşkilatçı qurumalara təşəkkürünü bildirib.  

Mədəniyyət nazirinin müavini Səadət Yusifova qeyd edib ki, yüz il öncə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqları arasında mədəni və elmi yaxınlaşmanın ideya əsaslarını möhkəmləndirərək gələcək əməkdaşlıq üçün strateji yol xəritəsini müəyyənləşdirib.

"Müasir dövrdə Türk dünyası yeni inkişaf mərhələsini yaşayır. Dövlətlərimiz arasında siyasi dialoq genişlənir, iqtisadi əməkdaşlıq dərinləşir, nəqliyyat və kommunikasiya əlaqələri güclənir. Bu proseslər fonunda mədəni əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Çünki ortaq tarix, dil və mədəni irs Türk dünyasının mənəvi təməlini təşkil edir", - deyə nazir müavini bildirib.

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Türkiyənin UNESCO üzrə Milli Komissiyasının sədri Mehmet Öcal Oğuz, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Qazaxıstan Milli Universitetinin rektoru professor 

Janseyit Tuymebayev və Türkiyə Elmlər Akademiyasının prezidenti Müzəffər Şəkər çıxış ediblər. 

Qeyd olunub ki, Birinci Türkoloji Qurultay türk xalqlarının zəngin elmi-ədəbi və tarixi mirasının öyrənilməsi sahəsində mühüm istiqamətlərin  müəyyənləşdirilməsində müstəsna rol oynayıb.

Sonra konfrans işini "Birinci Türkoloji Qurultayın mirası: türk xalqlarının mədəni-elmi inteqrasiyası" mövzusunda panel sessiya ilə davam etdirib.

BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Bayramlının (Osmanoğlu) moderatorluğu ilə keçirilən sessiyada Qazaxıstan Milli Elmlər Akademiyasının həqiqi üzvü Şerubay Kurmanbayulı, Qırğızıstan Milli Elmlər Akademiyasının həqiqi üzvü Sırtbay Musayev, Türk Akademiyasının vitse-prezidenti 

Bülent Bayram, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor

Mahirə Hüseynova və Bakı Dövlət Universiteti Türkologiya kafedrasının müdiri professor Məhərrəm Məmmədov çıxış edib, mövzu üzrə fikirlərini bölüşüblər.

Sessiyada türk xalqlarının mədəni və elmi inteqrasiyasının aktual məsələləri müzakirə olunub, fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://axsam.az
archiveBu xəbər 30 İyun 2026 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see303

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see295

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see285

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see279

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see275

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see266

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see258

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see242

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see238

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see234

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see221

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see218

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see208

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see206

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see194

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see179

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see165

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri