Icma.az
close
up
RU
BAAU da III Beynəlxalq Elmi Konfrans keçirildi Fotolar

BAAU da III Beynəlxalq Elmi Konfrans keçirildi Fotolar

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı Avrasiya Universitetində (BAAU) “Tətbiqi və humanitar elmlər arasında elmi inteqrasiya – Dayanıqlı inkişaf və rəqəmsal transformasiyanın problemləri” mövzusunda III Beynəlxalq Elmi Konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, BAAU və İordaniyanın İrbid Milli Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq elmi konfransda Universitetin rektoru, Dos. Səyavuş Qasımov, universitetin professor-müəllim heyəti, İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı səfiri Ömər Bərəkət əl-Nahar, İrbid Milli Universitetinin rektoru, Prof. Dr. Majid Abu Zureiq, İrbid Milli Universitetindən nümayəndə heyətinin rəhbəri Prof. Dr. Milud Murad, Təşkilat Komitəsinin sədri Dr. Hüseyn Əl-Rəbabaa, Təşkilat Komitəsinin Azərbaycan tərəfindən sədri və BAAU-nun Ərəbşünaslıq Mərkəzinin rəhbəri Dos. Ülviyyə Hüseynova, həmçinin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman, İraq, Mərakeş Krallığı, İordaniya Haşimilər Krallığ, Əlcəzair, Fələstin və digər ərəb ölkələrindən 98 nəfərdən ibarət nümayəndə heyəti iştirak edib.

Tədbir Azərbaycan və İordaniya Haşimilər Krallığının dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Ardınca Qurani-Kərimin qiraəti təqdim olunub.

Konfransın açılış mərasimində BAAU-nun rektoru, dosent Səyavuş Qasımov açılış nitqi ilə çıxış edib. Rektor konfransın mövzusunun müasir elmi çağırışlar fonunda aktuallığını vurğulayıb, tətbiqi və humanitar elmlər arasında qarşılıqlı əlaqələrin və elmi inteqrasiyanın gücləndirilməsinin, elmi tədqiqatların praktiki əhəmiyyətinin artırılmasının, həmçinin dayanıqlı inkişaf və rəqəmsal transformasiya istiqamətlərində araşdırmaların genişləndirilməsinin vacibliyini qeyd edib.

Dos. Səyavuş Qasımov Azərbaycanla ərəb dünyası arasında elmi və akademik əməkdaşlığın genişləndirilməsi istiqamətində mövcud imkanlardan danışıb. Süni intellekt, alternativ enerji, ağıllı kənd təsərrüfatı, mədəni irsin rəqəmsallaşdırılması, rəqəmsal tərcümə və ali təhsildə yeni texnologiyaları mümkün birgə tədqiqat istiqamətləri kimi diqqətə çatdırıb.

BAAU-nun beynəlmiləlləşmə siyasətinə toxunan rektor xarici ali təhsil müəssisələri ilə əməkdaşlığın, akademik mobilliyin və beynəlxalq elmi layihələrdə iştirakın universitetin inkişafında mühüm əhəmiyyət daşıdığını bildirib. Ərəb dünyasının ali təhsil müəssisələri ilə akademik və elmi əlaqələrin genişləndirilməsinin də bu istiqamətin mühüm tərkib hissəsi olduğunu qeyd edib.

Sonra İrbid Milli Universitetinin rektoru Prof. Dr. Majid Abu Zureiq çıxış edərək beynəlxalq elmi əməkdaşlığın inkişafının, müxtəlif ölkələrin alim və tədqiqatçıları arasında elmi əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Prof. Dr. Majid Abu Zureiq bu cür beynəlxalq tədbirlərin elmi təcrübə və bilik mübadiləsinin aparılması, ortaq tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi və yeni akademik əməkdaşlıqların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

İrbid Milli Universitetindən nümayəndə heyətinin rəhbəri Prof. Dr. Milud Murad da çıxış edərək tədbirin elmi və akademik əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini qeyd edib.

Təşkilat Komitəsinin sədri Dr. Hüseyn Əl-Rəbabaa çıxışında tədbirin müxtəlif elm sahələri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi və beynəlxalq elmi dialoqun inkişafı baxımından əhəmiyyətini qeyd edib.

Daha sonra Təşkilat Komitəsinin Azərbaycan tərəfindən sədri və BAAU-nun Ərəbşünaslıq Mərkəzinin rəhbəri Dos. Ülviyyə Hüseynova konfransın işinə uğurlar arzulayıb və elmi müzakirələrin yeni əməkdaşlıq imkanlarının formalaşmasına töhfə verəcəyini bildirib.

Konfrans çərçivəsində tətbiqi və humanitar elmlər arasında elmi inteqrasiyanın inkişafı, dayanıqlı inkişafın aktual məsələləri və rəqəmsal transformasiyanın müxtəlif sahələrə təsiri ilə bağlı mövzular müzakirə olunub. Müxtəlif ölkələri təmsil edən alim və tədqiqatçılar məruzələrlə çıxış edib, elmi yanaşmalarını bölüşüb və aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Konfrans proqrama uyğun olaraq növbəti panellər və məruzələrlə işinə davam edib. 





Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Sentyabr 2026 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri