Icma.az
close
up
RU
Beynəlxalq konfransda Azərbaycanla Çin arasında humanitar elmi ədəbiyyatın tərcüməsindən danışılıb

Beynəlxalq konfransda Azərbaycanla Çin arasında humanitar elmi ədəbiyyatın tərcüməsindən danışılıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Pekin, 24 oktyabr, AZƏRTAC

Çinin Fucien əyalətinin Nanpinq şəhərində “Gu Si fəlsəfəsi“ konfransı və Qlobal Sivilizasiya Dialoqu keçirilib.

AZƏRTAC xəbər verir ki, Çin İctimai Elmlər Akademiyası və Beynəlxalq Konfutsiçilik Assosiasiyasının təşkilatçılığı ilə keçiriləm tədbirdə 51 ölkədən 200-dən çox alim və tədqiqatçı iştirak edib.

Konfransın açılış mərasimində çıxış edən Çinin keçmiş Baş nazirinin müavini, Beynəlxalq Konfutsiçilik Assosiasiyasının prezidenti Sun Kunlan XII əsr Çin filosofu Gu Sinin (Zhu Xi) fəlsəfəsini Konfutsidən sonra Çin və Cənub-Şərqi Asiya xalqlarının milli düşüncəsinə ən çox təsir edən mütəfəkkir kimi dəyərləndirib, onun ideyalarının günümüzlə səsləşməsini vürğulayıb.

Dünyada baş verən proseslər, eləcə də süni intellektin sürətlə inkişaf etdiyi rəqəmsal dövrdə Gu Si fəlsəfəsinin müasir qlobal sivilizasiya dialoquna verə biləcəyi töhfələr müzakirə olunub, bu sahədə yeni tədqiqatlar təqdim edilib.

Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev Azərbaycanla Çin arasında humanitar elmi ədəbiyyatın qarşılıqlı tərcüməsinin müasir vəziyyətindən bəhs edib, qədim klassik əsərlərin qarşılıqlı tərcüməsi zamanı qarşıya çıxan tərcümə və linqvistik problemlər və onların həlli yollarını analiz edib. Natiq vurğulayıb ki, mədəni yüklü sözlərın düzgün tərcüməsi və cəmiyyətə çatdırılması mədəniyyətlərarası münasibətlər, qarşılıqlı dəyərlərin birgə qorunması və təbliği baxımdan mühüm əhəmiyyətə malikdir. Hər bir xalqın özünəməxsus milli mentalitetini əks etdirən söz ehtiyatı və ya həmin xalqın yetişdirdiyi alimin irəli sürdüyü ideyaların başqa dillərə düzgün tərcüməsi tərcüməşünaslıq elminin əsas tədqiqat obyektlərindəndir. Hazırda süni intellekt vasitəsilə mədəni yüklü sözlərin dürüst tərcüməsi etibarlı görünmür.

Aqşin Əliyev konkret nümunələrlə Çin və Azərbaycan dillərində mədəni yüklü sözlərin timsalında iki qədim xalqın bir çox dəyərləri birləşdirdiyini əyani şəkildə göstərib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see276

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see244

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see236

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see222

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see208

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see201

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see181

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see177

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see176

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see166

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see165

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see153

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see152

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see150

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see146

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see146

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri