Icma.az
close
up
RU
Şanxayda beynəlxalq konfransda Azərbaycan və Çin dillərinin qarşılıqlı tədrisindən danışılıb

Şanxayda beynəlxalq konfransda Azərbaycan və Çin dillərinin qarşılıqlı tədrisindən danışılıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Pekin, 29 oktyabr, AZƏRTAC

Çinin Şanxay şəhərində “23-cü Çin Beynəlxalq Peşəkar Mübadilə Konfransı” keçirilib.

AZƏRTAC xəbər verir ki, Çin İnsan Qaynaqları və Sosial Təminat Nazirliyi, Şanxay Şəhər Xalq Hökümətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Nobel mükafatçıları daxil 110 ölkədən 2600-dən çox alim və mütəxəssis iştirak edib. Artıq 23-cü dəfə keçiriən konfrans dünya alimlərinin müzakirə apardığı qlobal bir platformaya çevrilib. Konfrans çərçivəsində universitetlər, elmlər akademiyaları, beyin mərkəzləri arasında müqavilələr imzalanıb, yeni əməkdaşlıqlar formalaşıb.

Pekin Xarici Dillər Universiteti (PXDU) 30-dan çox ölkəni təmsil edən 60 alimlə konfransda təmsil olunub. Nümayəndə heyətinin tərkibində konfransda təmsil olunan PXDU-nun Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev “Ölkəşünaslıq və regionşünaslıqda interdisiplinarlıq və innovasiya” forumunda “Azərbaycan və Çin arasında dil tədrisinin interdisiplinar praktikası: qarşılıqlı dil tədrisi və tərcümə perspektivi” mövzusunda çıxış edib.

Dillərin qarşılıqlı öyrənilməsinin mədəniyyətlərarası dialoqda mühüm rola malik olduğunu vurğulayan natiq bildirib ki, iki ölkə arasında cari ilin aprelində imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da qarşılıqlı dil tədrisinin dövlət səviyyəsində dəstəklənməsi barədə xüsusi bənd yer alıb. Hazırda Azərbaycanda iki Konfutsi İnstitutu və Çin dili fakültələri fəaliyyət göstərsə də, Çində yalnız Pekin Xarici Dillər Universitetində Azərbaycan dili ixtisas səviyyəsində tədris olunur. Dilin ixtisas səviyyəsində tədrisi regionşünaslıq, ölkəşünasliq, mədəniyyətşünaslıq kimi interdisiplinar sahələrlə sıx inteqrasiyada aparılmalıdır. Yalnız bu halda tədris prosesi məqsədyönlü və səmərəli ola bilər. Hazırda Pekin Xarici Dillər Universitetində Azərbaycan dilinin ixtisas kimi tədrisi bu interdisiplinar sahələrlə əlaqəli şəkildə həyata keçirilir. Dil və tərcümə bir-birinə üzvi bağlı sahələrdir. Bu iki sahə bir-birini qarşılıqlı şəkildə tamamlayır və mədəniyyətlərarası ünsiyyətin əsasını formalaşdırır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see156

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see143

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see138

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see137

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri