Icma.az
close
up
RU
Beynəlxalq Könüllülər Mərkəzinə üzv ölkələrin II Konfransı keçirilib

Beynəlxalq Könüllülər Mərkəzinə üzv ölkələrin II Konfransı keçirilib

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Dekabrın 14-də Şəki şəhərində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində Beynəlxalq Könüllülər Mərkəzinə üzv ölkələrin II Konfransı keçirilib.

Konfransda Gənclər Fondunun icraçı direktor müavini vəzifələrini icra edən Yusif Vəliyev, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın nümayəndə heyətləri təmsil olunub.

Açılış nitqi ilə çıxış edən Gənclər Fondunun icraçı direktor müavini vəzifələrini icra edən Yusif Vəliyev könüllülüyün gənclərin şəxsi və peşəkar inkişafına böyük töhfə verdiyini, Gənclər Fondunun ölkədə və beynəlxalq miqyasda könüllülük fəaliyyətinin inkişafına daim dəstək göstərdiyini bildirib. Daha sonra çıxış edən AKTİ-nin sədri Vüqar Əliyev Azərbaycanın könüllülük sahəsində qazandığı uğurlar və Azərbaycan könüllülərinin yerli və beynəlxalq səviyyədə irəli sürdüyü təşəbbüsləri vurğulayıb.

Qazaxıstan Respublikasının təmsilçisi, Qazaxıstan Milli Könüllülük Şəbəkəsinin beynəlxalq əlaqələr üzrə koordinatoru Aiman Nakispekova çıxış edərək Qazaxıstanda könüllülük hərəkatının inkişafı və bu sahədə atılan addımlar haqqında məlumat verib. Həmçinin, Qazaxıstanın könüllülük sahəsində beynəlxalq əməkdaşlığa verdiyi önəmi vurğulayıb və digər ölkələrlə təcrübə mübadiləsinin mühüm rolunu qeyd edilib. Həmçinin, A.Nakispekova 2024 – cü il ərzində Beynəlxalq Könüllülər Mərkəzinin Qazaxıstan tərəfindən görülən işlərin hesabatını təqdim edib.

Konfrans çərçivəsində Azərbaycan Könüllü Təşkilatları İttifaqının 2025-ci ildə Beynəlxalq Könüllülər Mərkəzinə sədrlik edəcəyi elan olunub və təşkilatın sədrliyi müddətində həyata keçiriləcək layihələr barədə ətraflı məlumat təqdim edilib.

Konfransın ikinci hissəsində davos formatlı görüşdə moderatorun açılış nitqindən sonra, konfrans iştirakçıları hər bir ölkənin Beynəlxalq Könüllülük Mərkəzinin fəaliyyətinə dair mövqelərini təqdim ediblər. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın təmsilçiləri, könüllülük hərəkatının müxtəlif aspektlərini və bu sahədəki təcrübələrini paylaşaraq, regional əməkdaşlığın vacibliyini vurğulayıblar.

Konfransın sonunda ailə fotosu çəkilib.

Qeyd edək ki, “Könüllülük Həftəsi” Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi,  Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “ASAN Xidmət” və IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Dekabr 2024 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri