Icma.az
close
up
RU
Bakıda Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın xilasetmə xidmətləri rəhbərlərinin beynəlxalq konfransı keçirilir FOTO

Bakıda Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın xilasetmə xidmətləri rəhbərlərinin beynəlxalq konfransı keçirilir FOTO

Icma.az, Apa.az saytına istinadən bildirir.

“Baku Marriott Hotel Boulevard”da Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq Konfransı öz işinə başlayıb.

APA xəbər verir ki, konfrans çərçivəsində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti daxili xidmət general-polkovniki Aleksandr Çuprian arasında ikitərəfli görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyası arasında əməkdaşlıq məsələləri və Bakıda keçirilən konfrans barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Sonra konfransın açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian, Özbəkistan Respublikasının fövqəladə hallar naziri Botir Kudratxocayev, Federasiyaya üzv ölkələrdən – Almaniya, Avstriya, Belarus, Bolqarıstan, Çin, Çex Respublikası, Hindistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan, Kamerun, Latviya, Monqolustan, Qətər, Səudiyyə Ərəbistanı, Bəhreyn, Rusiya, Serbiya, Slovakiya və Vyetnamdan, eləcə də Federasiyanın tərəfdaş şirkətlərindən ümumilikdə 100 nəfərdən artıq nümayəndə, habelə videokonfrans formatında Türkiyə və Qırğızıstan təmsilçiləri iştirak ediblər.

Konfransın açılışında Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov salamlama nitqi ilə çıxış edib.

Qonaqları salamlayan nazir K.Heydərov beynəlxalq konfransın ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışıb, bu mötəbər tədbiri yanğınsöndürmə və xilasetmə sahəsində beynəlxalq əməkdaşlığın möhkəmlənməsi, yeni təcrübələrin və qabaqcıl yanaşmaların öyrənilməsi baxımından vacib platforma kimi qiymətləndirib.

Nazir Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması tarixinə qısa ekskurs edib, ölkəmizdə bu sahədə görülən işlər barədə ətraflı məlumat verib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əhali və ərazilərin təhlükəsizliyi məsələlərini daim diqqətdə saxladığını vurğulayıb, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış Azərbaycan Fövqəladə Hallar Nazirliyinin dövlət başçısının diqqət və qayğısı sayəsində istənilən fövqəladə hadisə ilə uğurla mübarizə aparmaq imkanına malik peşəkar dövlət orqanı kimi formalaşdığını qeyd edib.

Nazir K.Heydərov Fövqəladə Hallar Nazirliyinin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb, dövlət başçısının tapşırıqlarına əsasən dünyanın müxtəlif regionlarında aparılmış xilasetmə əməliyyatlarından, fəlakət zonalarına çatdırılmış humanitar yardımlardan bəhs edib.

Fövqəladə hallar naziri bu il Ər-Riyad şəhərində keçirilmiş yanğınsöndürmə-xilasetmə idmanı üzrə kişilər arasında XX və qadınlar arasında XI Dünya Çempionatının yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Səudiyyə Ərəbistanı Krallığının Daxili İşlər Nazirliyinə təşəkkürünü bildirib, konfransın işinə uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çupriyan konfransın təşkilində göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib. A.Çuprian təbii və texnogen fövqəladə hadisələrin artdığı müasir dünyada yanğınsöndürən və xilasedici peşəsinin əhəmiyyətinə toxunub, onların peşəkar hazırlıq səviyyəsinin daim artırılmasının vacibliyini bildirib. Bu baxımdan belə tədbirlərin keçirilməsinin sözügedən peşə sahibləri arasında səmərəli təcrübə mübadiləsinə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verəcəyinə əmin olduğunu bildirib.

Konfransda Aleksandr Çupriyan tərəfindən nazir Kəmaləddin Heydərova Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının “Beynəlxalq əməkdaşlığa verdiyi töhfəyə görə” medalı təqdim olunub.

Sonra konfrans öz işini davam etdirib.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilən və dekabrın 6-na kimi davam edəcək konfransın gündəliyinə yanğın-xilasetmə idmanının inkişafı, bu idman növü üzrə keçirilmiş son dünya çempionatının təhlili, habelə 2026-cı ildə yanğın-xilasetmə idmanı üzrə dünya çempionatlarının təşkili və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirəsi daxildir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 Dekabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri