Icma.az
close
up
RU
Beynəlxalq maliyyə qurumlarının Bakı toplantısı

Beynəlxalq maliyyə qurumlarının Bakı toplantısı

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünən Bakıda “Fintex Forumu-2025” keçirilib. “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Mərkəzi Bankı və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin tərəfdaşlığı ilə təşkil olunan toplantıda beynəlxalq maliyyə institutlarının, fintexlərin, bankların və digər maliyyə təşkilatlarının nümayəndələri iştirak ediblər. Forumda yerli və beynəlxalq ekspertlər fintex sektorunda son illər həyata keçirilən yeniliklər ətrafında müzakirələr aparıb, öz proqnozlarını bölüşüblər.

Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Xəlilov çıxış edərək rəhbərlik etdiyi qurumun hazırda QR ödənişlərin təşkili layihəsi üzərində işlədiyini diqqətə çatdırıb. Bank tərəfindən ödəniş sisteminin standartlaşdırılması ilə bağlı müzakirələr aparıldığını bildirən baş direktor bunu fintex sektorunun inkişafı üçün böyük imkan, önəmli addım kimi dəyərləndirib.

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankının lisenziyalaşdırdığı ödəniş bazarı iştirakçıları bu ilin əvvəlindən 38,8 milyard manat dəyərində əməliyyat aparıb: “İndiyədək 18 elektron pul təşkilatına və 8 ödəniş təşkilatına lisenziya verilib. Bu ilin ortasına aylıq kart dövriyyəsi də 10 milyard manata çatıb. Bu, böyük rəqəmdir və ölkənin nağdsız ödənişlərə keçidinin bir nümunəsidir. Eyni zamanda, ani ödənişlər sisteminin artımının şahidi oluruq. Son ildə biz milli ödəniş sisteminin 10 faizə yaxın həcminin ani ödənişlər sisteminə keçidinə nail olduq və bu rəqəmin artımını planlaşdırırıq”.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev çıxışında qeyd edib ki, hazırda ölkə daxilində ödəniş kartları ilə aparılan nağdsız ödəniş dövriyyəsinin 87 faizi elektron ticarətin payına düşür. Onun sözlərinə görə, elektron ticarətin inkişafının davamlı olması, kiçik və orta sahibkarlıq subyektlərinin buna cəlb edilməsi, habelə maliyyə xərclərinə qənaət baxımından elektron ticarətdə ödəniş əməliyyatları üzrə hesablaşma müddətləri iştirakçılar arasında müstəqil qaydada tənzimlənməlidir. Qeyd olunub ki, maliyyə inklüzivliyinin inkişafı və açıq maliyyə yanaşmasının daha effektiv tətbiqi baxımından fintexlərin əlavə fəaliyyət istiqamətlərinin qanunvericilik əsasında genişləndirilməsi ekosistemdə innovasiyaların tətbiqini sürətləndirməklə yeni müştəri seqmentlərinin yaranmasına imkan verəcək.

ABA prezidenti bildirib ki, bərabər rəqabət mühitinin qorunub saxlanılması və bu əsasda dayanıqlı inkişafın təmin edilməsi məqsədilə məlumatlardan istifadə edilməsi və bu alətin daha effektiv idarə olunması üçün qabaqcıl Avropa təcrübəsindən yararlanmaq zəruridir. O əlavə edib ki, bank–fintex əməkdaşlığı çərçivəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mərkəzləşdirilmiş platformanın yaradılması ilə yanaşı, hər bir ödəniş xidməti təchizatçısı tərəfindən fərdi qaydada tədbirlərin görülməsi, infrastruktur imkanlarının təkmilləşdirilməsi, əlavə resursların cəlb edilməsi və preventiv tədbirlərin həyata keçirilməsi nəzərdə tutmalıdır.

Qazaxıstan Ödəniş Təşkilatları Assosiasiyasının sədr müavini Yulia Salehova isə çıxışında ölkəsinin Azərbaycanla “Öz müştərini tanı” sistemi üzrə ortaq təcrübə mübadiləsi aparmaq niyyətində olduğunu vurğulayıb: “İstərdim ki, yalnız banklar deyil, ödəniş xidməti təminatçıları da “Öz müştərini tanı” sisteminin bir hissəsi olsun. Hazırda bu sistemin Qazaxıstanda tam işləmədiyini görəndə bir az təəssüflənirəm. Lakin ümid edirəm ki, gələcəkdə bu təcrübəni Azərbaycanla qarşılıqlı şəkildə paylaşa biləcəyik”.

“Caucasus Ventures” vençur fondunun baş tərəfdaşı Məmməd Kərim bildirib ki, son 3 ildə Azərbaycanda fintexlər sürət əldə edib. Bununla belə, hazırda fintexlərin inkişafı ilə əlaqədar qeyri-müəyyənliyin müşahidə olunduğunu diqqətə çatdıran fond rəsmisi deyib: “Bu qədər tənzimlənən bazar olduqda biz investor kimi narahat oluruq. Yəni böyüməklə əlaqəli suallarımız olur. Yaxud böyüdükdən sonra yeniliklər istifadəçi bazasını bir gündə 1 milyondan 10 minə sala bilər. Buna görə də bu coğrafiyada fintexə bir az marağımız azalıb”.

Avropada fəaliyyət göstərən “Startup Wise Guys” vençur fondunun baş tərəfdaşı Güncə Önür isə öz növbəsində qeyd edib ki, “fintex” anlayışı tək bir sahə ilə məhdudlaşmır, əslində, 20-dən çox alt istiqaməti əhatə edir: “Maliyyə texnologiyaları bizim əsas yatırım istiqamətlərimizdən biridir. Hətta Azərbaycan mənşəli “ePoint” startapı da bizim investisiya etdiyimiz layihələrdən biridir və bu tədbirin tərəfdaşlarından olması bizim üçün xoş bir təsadüfdür. Onları burada görmək ayrıca sevindiricidir. Fintexə ümumi baxdıqda görürük ki, bu sahə təkcə Türkiyə və ya Azərbaycan üçün deyil, bütün dünyada vençur kapitalı investisiyalarında ilk üç yerdə qərarlaşan istiqamətlərdəndir”.

Forum çərçivəsində, həmçinin açıq bankçılıq, rəqəmsal ödənişlər, süni intellekt, fırıldaqçılıqla mübarizə, kibertəhlükəsizlik kimi müxtəlif mövzular ətrafında panel müzakirələri aparılıb.

Sonda Azərbaycan və Türkiyə fintex assosiasiyaları arasında Anlaşma Memorandumu imzalanıb. Bundan əlavə, “Azərbaycan Fintex Assosiasiyası” ilə Beynəlxalq Konsaltinq Şirkəti arasında Anlaşma Memorandumuna da imza atılıb. Hər iki sənəd fintex sahəsində tərəfdaşlığın gücləndirilməsini, innovativ həllərin təşviqini və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdə tutur, həm yerli, həm də beynəlxalq səviyyədə maliyyə texnologiyalarının inkişafına töhfə verməyi hədəfləyir.

Xatırladaq ki, fintex maliyyə xidmətlərində texnologiyaların və innovasiyaların tətbiqi ilə ənənəvi maliyyə metodlarına rəqabət aparan bir sahədir. Bu texnologiyalar maliyyə əməliyyatlarını sadələşdirmək, şəffaflığı artırmaq, xərcləri azaltmaq və istifadəçi təcrübəsini yaxşılaşdırmaq məqsədi daşıyır, mobil bankçılıq, rəqəmsal ödənişlər, kraudfundinq, kriptovalyutalar və onlayn sığorta kimi həllər təklif edir.

Mirbağır YAQUBZADƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:270
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see601

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see291

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see238

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see215

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see208

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see207

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri