Icma.az
close
up
RU
Beynəlxalq maliyyə qurumu dayanıqlı inkişafı dəstəkləyir

Beynəlxalq maliyyə qurumu dayanıqlı inkişafı dəstəkləyir

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

BVF ilə əməkdaşlıq davam etdirilir

İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında etdiyi paylaşımda Beynəlxalq Valyuta Fondu (BVF) ilə makroiqtisadi göstəricilər, proqnozlar, iqtisadiyyatın diversifikasiyası ilə bağlı müzakirələr aparıldığını bildirib.

Nazir qeyd edib ki, ölkəmizdə dayanıqlı iqtisadi inkişaf modelinin dəstəklənməsi istiqamətində beynəlxalq maliyyə qurumları ilə tərəfdaşlıq mühüm önəm daşıyır. BVF-nin Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə görüşdə də bu fondla əməkdaşlığın inkişafı məmnunluqla ifadə edilib.

Ölkəmizin makroiqtisadi göstəriciləri və proqnozlar, iqtisadiyyatın diversifikasiyası, vergi islahatları ilə bağlı aparılan müzakirələrdə tərəflər arasında əməkdaşlığın daha da dərinləşdirilməsi zəruriliyinin vurğulanması bu məsələnin prioritetliyinin göstəricisidir.

Azərbaycan bu gün iqtisadi inkişafının yeni və çoxşaxəli bir mərhələsini yaşayır. Ölkəmiz qlobal çağırışların, texnoloji yeniliklərin və ekoloji tələblərin artdığı bir dövrdə mövcud resurslara arxalanmaqla yanaşı, institusional və struktur islahatlara söykənən inklüziv və dayanıqlı inkişaf modelini də həyata keçirir. Bu transformasiya prosesi yalnız daxili potensiala deyil, həm də beynəlxalq təcrübəyə, qlobal tərəfdaşlığa əsaslanır. Bu baxımdan BVF ilə əməkdaşlıq Azərbaycan üçün mühüm strateji önəm daşıyır.

Azərbaycan iqtisadiyyatı son illərdə dərin və əhatəli islahatlarla müşayiət olunan transformasiya mərhələsinə qədəm qoyub. Neft gəlirlərindən asılılığın azaldılması, qeyri-neft sektorunun gücləndirilməsi, özəl təşəbbüslərin stimullaşdırılması və dövlət idarəetməsinin çevikləşdirilməsi istiqamətində gerçəkləşdirilən tədbirlər bu islahatların əsas istiqamətlərini təşkil edir. Bu yanaşma mövcud problemlərin həlli ilə bərabər, həm də ölkənin uzunmüddətli inkişaf trayektoriyasının formalaşmasını şərtləndirir.

İslahatlar, eləcə də rəqəmsal iqtisadiyyatın inkişafı, “ağıllı” kənd və şəhər layihələrinin tətbiqi, e-hökumət xidmətlərinin genişləndirilməsi və vergi – büdcə intizamının gücləndirilməsi kimi sahələri də əhatə edir. Bu proseslərdə beynəlxalq institutlarla, xüsusilə BVF ilə sıx əməkdaşlıq Azərbaycanın qlobal iqtisadi mühitə uyğunlaşmasını asanlaşdırır.

Azərbaycanın BVF ilə əməkdaşlığı uzunmüddətli tərəfdaşlıq xarakteri daşıyır və ölkənin iqtisadi idarəetmə sistemində beynəlxalq standartların tətbiqinə geniş imkanlar yaradır. Bu beynəlxalq maliyyə qurumu ilə təmaslar həm fiskal siyasətin çevikliyinin artırılması, həm də makroiqtisadi sabitliyin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Fondun analitik dəstəyi, məsləhətləri və texniki yardımları sayəsində Azərbaycan iqtisadiyyatında fiskal intizam getdikcə daha da möhkəmlənir, şəffaflıq və hesabatlılıq prinsipləri prioritetə çevrilir.

Xüsusilə pandemiyadan sonrakı dövrdə BVF ilə dialoqlar, makroiqtisadi sabitliyin qorunması və struktur islahatların davamlılığı üçün ciddi töhfə verib. BVF nümayəndə heyətlərinin respublikamıza mütəmadi səfərləri və dəyərləndirmələri, ölkəmizdə aparılan siyasətlərin obyektiv qiymətləndirilməsinə və yeni strateji hədəflərin müəyyən edilməsinə imkan yaradır.

Azərbaycan hökumətinin əsas strateji hədəflərindən biri iqtisadiyyatın şaxələndirilməsidir. Bu prosesin uğurla reallaşdırılması üçün sənayenin, kənd təsərrüfatının, turizmin və xidmət sektorunun inkişafı prioritetdir. Eyni zamanda işğaldan azad edilmiş ərazilərin iqtisadi fəal zonalar kimi inkişaf etdirilməsi də bu məqsədə xidmət edir.

Digər mühüm istiqamət isə “yaşıl” inkişafdır. Azərbaycanın enerji sektorunda başladığı irimiqyaslı “yaşıl” enerji layihələri, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin fəaliyyəti, beynəlxalq investorların bu sahəyə cəlbi və “yaşıl” zona konsepsiyası ölkəmizin ekoloji tarazlığa göstərdiyi önəmin göstəricisidir. BVF isə bu sahədə texniki məsləhət və tədqiqat dəstəyi ilə Azərbaycanın “yaşıl” keçid prosesinə əhəmiyyətli töhfə verir.

Müasir dövrdə iqtisadi inkişaf yalnız resursların səfərbərliyi ilə deyil, həm də səmərəli idarəetmə sistemi ilə mümkündür. Azərbaycanda son illərdə aparılan institusional islahatlar – dövlət müəssisələrinin korporativləşdirilməsi, idarəetmədə şəffaflığın artırılması, dövlət satınalmalarının təkmilləşdirilməsi və rəqəmsallaşma bu istiqamətdə atılan əsas addımlardır. BVF ilə əməkdaşlıq isə dövlət maliyyəsinin idarə olunması, büdcə sisteminin təkmilləşdirilməsi və maliyyə risklərinin azaldılması sahəsində önəmli rol oynayır.

Əldə olunan nailiyyətlər onu göstərir ki, Azərbaycan idarəetmədə innovativ yanaşmalara, süni intellekt və rəqəmsal texnologiyalara əsaslanan modellərin tətbiqinə doğru irəliləyir. Bu, bürokratik maneələrin aradan qaldırılması və idarəetmədə çevikliyin təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir.

Azərbaycan iqtisadiyyatında özəl sektorun inkişafı hökumətin əsas prioritetlərindən biridir. Sahibkarlığın stimullaşdırılması üçün vergi güzəştləri, dövlət zəmanətli kredit mexanizmləri, güzəştli maliyyələşmə vasitələri və startap təşviq paketləri tətbiq olunur. Lakin özəl sektorun dayanıqlı inkişafı üçün bank-maliyyə sisteminin daha çevik və inklüziv olması zəruridir.

Bu sahədə BVF ilə əməkdaşlıq xüsusilə vacibdir. Çünki bu beynəlxalq qurum maliyyə bazarlarının sabitliyinin qorunması, kredit risklərinin qiymətləndirilməsi, bank nəzarətinin gücləndirilməsi və maliyyə inklüzivliyinin artırılması sahələrində Azərbaycan üçün dəyərli texniki və strateji məsləhətlər təqdim edir. Bununla yanaşı, regional investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər də özəl sektorun resurslara çıxışını genişləndirir.

Azərbaycanın iqtisadi siyasəti dayanıqlılıq və inklüzivlik prinsipləri üzərində həyata keçirilir. Sosial rifahın gerçəkləşdirilməsi, iqtisadi imkanların bərabər paylanılması, regionlar üzrə balanslı inkişaf və sosial müdafiə sisteminin gücləndirilməsi bu modelin əsas elementləri kimi qəbul edilir. Rəqəmsal iqtisadiyyatın genişlənməsi, qadın sahibkarlığının təşviqi, gənclər üçün iqtisadi imkanların artırılması kimi addımlar isə inklüzivliyin təmin olunmasında xüsusi rol oynayır.

BVF-nin təqdim etdiyi hesabatlar və strateji baxışlar sözügedən modelin qurulmasında Azərbaycanın doğru yolda olduğunu təsdiqləyir. Fondun qlobal təcrübəsi və məsləhət imkanları Azərbaycanın strateji planlaşdırma qabiliyyətinin güclənməsinə şərait yaradır.

Azərbaycan iqtisadiyyatı hazırda çoxşaxəli və dərin islahatlar mərhələsindədir. Bu transformasiya prosesi ölkəmizin gələcək inkişafını gerçəkləşdirəcək əsas dayaqlardan birinə çevrilir. BVF ilə əməkdaşlıq isə bu prosesin etibarlı və uğurlu həyata keçirilməsində mühüm rol oynayır. İqtisadiyyatın şaxələndirilməsi, “yaşıl” inkişafa nail olunması, idarəetmənin təkmilləşdirilməsi və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi – bütün bu istiqamətlər Azərbaycanın dayanıqlı və inklüziv iqtisadi model qurmaq səylərinin tərkib hissəsidir.

Azərbaycan bu istiqamətdə atdığı addımlarla yalnız milli maraqlarını deyil, həm də regional və qlobal iqtisadi sabitliyin gücləndirilməsinə töhfə verir. Bu baxımdan ölkəmizin beynəlxalq tərəfdaşlarla, xüsusilə də BVF ilə əməkdaşlığını davam etdirməsi qarşıya qoyulan strateji hədəflərə çatmaq üçün vacib və etibarlı zəmin olaraq qalır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 İyul 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2012

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see232

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see194

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see142

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see137

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see135

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see130

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see129

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see126

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see125

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see125

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see123

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see122

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see121

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see119

“Çox yaxşısan, Bakı”

08 Dekabr 2025 09:53see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri