Icma.az
close
up
RU
Beynəlxalq birlik Azərbaycanın təşəbbüslərini dəstəkləyir

Beynəlxalq birlik Azərbaycanın təşəbbüslərini dəstəkləyir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

COP29-da qəbul olunan qərarlar BMT səviyyəsində təqdir edilir

Bu gün dünyada təbiətə vurulan zərərin, ekoloji problemlərin qarşısının alınması qlobal bir çağırışdır. Getdikcə daha təhlükəli hal alan bu təhdidlər təxirəsalınmaz tədbirlər görülməsini, ölkələrin və beynəlxalq təşkilatların koordinasiyalı fəaliyyət göstərməsini zərurətə çevirib. Azərbaycan da bu çağırışa qoşulan ölkələr sırasındadır. Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması xüsusi diqqət mərkəzindədir. Ötən dövr ərzində bu istiqamətdə ölkə rəhbəri tərəfindən dövlət proqramları təsdiq edilib, müvafiq fərman və sərəncamlar imzalanıb. Milli Məclis müvafiq qanunlar qəbul edib.

Azərbaycan yaşıl enerji istiqamətində vacib addımlar atır

Görülən işlər nəticəsində ekologiyamızın və ətraf mühitin qorunması istiqamətində uğurlar əldə edilib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsinin yaşıl enerji zonası elan olunması da bu baxımdan yüksək dəyərləndirilməlidir. Lakin bəhs etdiyimiz qlobal mənzərə milli səviyyələrdə ölkələrin məsuliyyətini artırır. Hər bir dövlət öz siyasətində dekarbonizasiya məsələlərini önə çəkməlidir. Bu mənada, Azərbaycanın yanaşması təqdirəlayiqdir. Respublikamız iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul olunması da dünya dövlətlərinin ölkəmizin bu istiqamətdə səylərinin və töhfələrinin nəticəsi idi. Ötən ilin noyabr ayında Azərbaycan COP29-a yüksək səviyyədə ev sahibliyi etməklə iqlim dəyişiklikləri ilə mübarizədə öhdəliklərə sadiq olduğunu beynəlxalq ictimaiyyətə nümayiş etdirdi.   

Bu tədbirdə iştirak etmək üçün 196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçməsi, qonaqların arasında 80 prezidentin, vitse-prezidentin və Baş nazirin olması isə həm dövlətimizə etimadın, həm də onun beynəlxalq arenada oynadığı fəal rolun növbəti sübutu idi. Azərbaycan COP29-a uğurla ev sahibliyi etməklə bu mötəbər tədbirlə bağlı göstərilən etimadı layiqincə doğrultdu. İstər qonaqların tədbirin yüksək səviyyədə təşkil olunması barədə fikirləri, istərsə də Bakıda qəbul olunan mühüm qərarlar bunun sübutudur.

BMT nümayəndəsi: Bakıda razılaşdırdığımız yeni qlobal hədəf...

Bakıda keçirilən COP29-da qəbul olunan qərarların önəmi və icrasının vacibliyi  beynəlxalq birlik tərəfindən də vurğulanır.  Belə ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (BMT İDÇK) icraçı katibi Saymon Stil Braziliyada Riu-Branku İnstitutunda keçirilən “Təmiz enerjiyə keçidin qarşısını almaq artıq qeyri-mümkündür: maliyyə yol xəritəsi, adaptasiya və ədalətli keçid əsas amillərdir” adlı konfransda çıxışı zamanı bildirib ki, Bakıda razılaşdırdığımız iqlim maliyyələşdirilməsi üzrə yeni qlobal hədəf irəli doğru vacib addımdır: “Təbii ki, ilkin formasında bütün ehtiyacları ödəyə bilməyəcək. Ancaq 300 milyard dollar ilkin mərhələdir. İnkişaf etməkdə olan ölkələrə daha çox maliyyə vəsaiti ayrılmalıdır, çünki onlar xarici borcları ödəmək üçün ayırdıqları yüksək sərfiyyat və yüksək kapital dəyəri ilə mübarizə aparmağa məcburdurlar”.

“On il əvvəl Parisdə maliyyə vəsaitlərinin yönləndirilməsi ilə bağlı razılığa gəldik. Qərara alındı ki, bütün maliyyə axınları iqlim öhdəliklərimizə uyğun olmalıdır. Beynəlxalq maliyyə sisteminin yenidən istiqamətləndirilməsi çətin işdir. Lakin bu il qarşımıza məqsəd qoymuşuq ki, addım-addım 1,3 trilyon dollar həcmində maliyyələşdirməni necə təmin edəcəyimizi müəyyənləşdirək. Hər bir ölkədə uğurun məcburi şərti iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin gətirdiyi böyük faydalara hər kəsin ədalətli çıxışının təmin edilməsidir. Ona görə də 2025-ci ildə dəyişiklik əsas istiqamətə çevirilməlidir”, - deyə BMT İDÇK icraçı katibi vurğulayıb.

S.Stil deyib ki, nəticələrə nail olmaq üçün koalisiyaların yaradılması on ilin həlledici dövrüdür. Onun sözlərinə görə, bu müddətdə ölkələr daha böyük fayda əldə etmək üçün liderlər sırasında olmağa can atacaqlar: “COP sammitlərində hər bir ölkənin bütün istəyi qəbul olunmur. Hər məsələ ilə bağlı yekdil olmaq lazımdır. Səhnə arxasında bütün gücünü səfərbər edərək strateji vacib addım atan koalisiyalar haqqında eşidəndə inanıram ki, bu güc istər tropik meşələrlə bağlı olsun, istər birja, istər ədalətli mənfəət tələb edən vətəndaş və ya öz öhdəliklərinə sadiq qalan və sektorları üçün inkişaf yolları axtarıb tapan liderlərlə bağlı olsun, biz bu qarşısıalınmaz transformasiyadan maksimum fayda əldə edə biləcəyik”.

Nardar BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Fevral 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri