Icma.az
close
up
RU
Beynəlxalq Müəllimlər Günü: Məktəblərdə kök salan direktorlar bilir ki...”

Beynəlxalq Müəllimlər Günü: Məktəblərdə kök salan direktorlar bilir ki...”

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESKO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir.

Beynəlxalq Müəllimlər Günü bütün dünyada müəllim əməyini qeyd etməyə, parlaq zəkaların və istedadlı gənclərin bu peşəyə cəlb olunmasına və bu sahədə saxlanılmasının həlli yollarını tapmağa və ümumiləşdirmələr aparmağa imkan yaradır. Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. 

Məktəblərdə adətən müxtəlif bayramlar ərəfəsində, o cümlədən Müəllimlər Günü, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bəzi müəllimlərlə valideynlər arasında bir “təqdimetmə” mərasimi həyata keçirilir. Valideynlər öz aralarında müəllimə hansı hədiyyəni, yaxud hansı məbləğdə pul verməyi müzakirə edirlər. Hətta sosial şəbəkələrdə, özünə ad günü keçirərək valideynlər tərəfindən zinət əşyaları hədiyyə edilən bir neçə müəllimin videosu belə yayılmışdı.

Beynəlxalq Müəllimlər Günü ilə bağlı Elm və Təhsil Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, qurumun Kollegiyasının müvafiq qərarı ilə “Təhsilverənlərin etik davranış Qaydaları” təsdiq edilib.

Qaydalara görə, 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi adı altında onlara hər hansı maddi və qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair bu kimi neqativ halların baş verməsi qəti şəkildə qadağan edilir”. 

Ümumiyyətlə, cəmiyyət tərəfindən müəllimlərə müxtəlif hədiyyələrin təqdim edilməsi birmənalı qarşılanmır. Burada bəzəın müəllimlər, bəzən isə valideynlər günahlandırılır.Müəllimə hədiyyə verilməlidirmi və bu prosesə şərait yaradan hansı tərəfdir?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli "Cebheinfo.az"-a bildirib ki, bu məsələ ilə bağlı fərqli bir mövqedən çıxış edir:

"Birincisi, kiminsə ürəyi hədiyyə vermək istəyirsə, heç kim ona qadağa qoya bilməz. Ancaq belə bir faktorlar da var ki, məsələn, son 3-4 gün ərzində mənə mesajlar göstəriblər və orada valideyn komitəsi tərəfindən müxtəlif məbləğdə vəsait toplanması ilə bağlı təkliflər öz əksini tapıb.

Bu kimi neqativ hallar var. Təəssüflər olsun ki, bunu təşkil edən əsasən valideynlərdir. Son 10 ilin müəllim iddiasında olan gənclərimiz artıq tamamilə fərqli cür düşünürlər. Onlar bu kimi kampaniyalarda iştirak etmirlər. Ötən ilki illərin təcrübəsi göstərir ki, yaşlı müəllimlər buna daha çox maraqlıdırlar.

Bütün şikayətlərin, səs yazılarının hamısı valideynlərdən gəlir. Belə çıxır ki, bu məsələdə daha çox valideynlər təşəbbüskardır, nəinki müəllimlər. Əksinə, müəllimlərdə bu gün bir qorxu, xof yaranıb ki, belə bir addım atsaq işimizi itirə bilərik.

Təhsilverənlərin davranış qaydalarına görə, lazım gələrsə müəllim işini belə, itirə bilər. Əgər sübut olunsa ki, həmin müəllim həqiqətən də bunu təşkil edib, ağır nəticələrlə üzləşə bilər.

Düşünürəm ki, bu məsələdə cəmiyyətimiz bir qədər hazırlıqlı olmalıdır. Mən də artıq etiraz edən valideynlər görürəm və bildirirlər ki, "nə olsun mən valideynlər komitəsindəyəm, ancaq mən bunu etmirəm".

Təəssüflər olsun ki, neqativlər hələ ki, var. Ənənəvi sistemdə oturuşmuş adamlar var ki, onlar bu sistemdən uzaqlaşa bilmirlər. Eləcə də uzun illər bir məktəbdə rəhbər vəzifədə olan məktəb direktorları birmənalı şəkildə rotasiya olunmalıdırlar. Necə ki, son 15 ildə kampaniya gedir.

Yəni 5 ildən bir rəhbərlik dəyişir. 20-30 il məktəb direktorlaru olanlar var ki, onlar kök salıblar. Onlar bilirlər ki, hansı valideynlə necə işləmək lazımdır. Ona görə də neqativ hallar daha çox bu məktəblərdə baş verir. Mən başa düşmürəm, bunlara icra orqanlarının da gücü çatmır? Əgər yaxşı təcrübəsi varsa, gedib başqa məktəblərə də tətbiq etsin. Əksinə, yoxdursa, deməli kənarlaşdırılmalıdır.

İkinci bir məsələ də odur ki, Elm və Təhsil Nazirliynin daxili təlimatı var və hər 5 ildən bir əməl olunur. Xüsusilə Bakı şəhərində məktəb rəhbərləri rotasiya olunurlar. Ancaq 20-30 il işləyənlər dəyişmir. Bu qəribədir ki, niyə, hansı səlahiyyət sahibidirlər, onları dəyişmək olmur? Bu cür neqativ halların qarşısını almaq üçün həmin nəsildə bir yenilik əmələ gəlməlidir".

Ekspertin sözlərinə görə, dünyada insanlıq varsa, kiminsə hədiyyədən imtina edəcəyinə inanmır:

"Bu, əslinə qaldıqda böyük diqqətdir. Birinin bir gül dəstəsi, bir açıqca təqdim etməsi niyə pis olsun. Müəllim də sevinsin. O da gözləyir ki, həmin gün cəmiyyətin diqqət mərkəzində olsun.

Yeni dərs ilində müəllimlərin əlində gül dəstəsi görəndə hamıya xoş təsir bağışlayır. Təəssüflər olsun ki, neqativ hallar hələ ki, var. Bir valideyn komitəsi təşəbbüs göstərib gül alacaqsa, bəzi müəllimlər deyir ki, "gül almaqdansa, onu verin, özümüz gedib xoşumuza gələn hədiyyəni alaq". Yaxud da valideynlər həmin müəllimlə məsləhətləşirlər ki, sizin üçün nə edək?

Yəni bütün hallarda bu neqativlər cəmiyyətdən, valideynlərdən gəlir. Onlar düşünür ki, "mən bunu etməsəm, övladım müəyyən təzyiq görər". Fikrimcə, yenilənən nəsil müəllimlərdə bu yoxdur, çox yaxşı haldır ki, belə kampaniyalara qoşulmurlar, adları da çəkilmir. Görünür, o orta, yaşlı nəsillə də cəmiyyət mübarizə aparmalıdır, nəinki icra orqanları".
Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: müəllim məktəb Məzahir Məmmədli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Oktyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see357

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see212

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see194

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see187

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see182

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see176

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see171

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see148

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see143

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see136

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see136

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see135

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see134

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see130

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri