Icma.az
close
up
RU
Beynəlxalq Muğam Mərkəzində Motsartın ölməz əsərləri səsləndirilib

Beynəlxalq Muğam Mərkəzində Motsartın ölməz əsərləri səsləndirilib

Beynəlxalq Muğam Mərkəzində Volfqanq Amadey Motsartın yaradıcılığına həsr olunmuş “Amadeus” səhnələşdirilmiş konsert keçirilib. Konsert Bakıdakı Rus evinin dəstəyi ilə təşkil olunub. SİA xəbər verir ki, gecənin proqramı Bakı teatrlarının solistlərinin və Rusiyadan gəlmiş sənətçilərin ifasında musiqi nömrələrindən ibarət olub. A.S.Puşkinin “Motsart və Salyeri” əsəri əsasında səhnələşdirilmiş tamaşa da təqdim olunub.

Konsertdə Daniil Kirillov (fortepiano; Motsart rolu), Anna Rasina (fortepiano; Nannerl rolu - bəstəkarın bacısı), Anar Seyidov (skripka), Nəzrin İmanova (fleyta), Zümrüd Davudova (vokal), balerina Esfir Quliyeva, Azərbaycan Dövlət Pantomima Teatrının aktyorları: Əli Əlizadə və Elnur İsmayılov, həmçinin uşaqlıqda Motsart, Nannerl və Mariya Antuanettanın rollarını ifa edən gənc musiqiçilər və sənətçilər iştirak ediblər.

seeBaxış sayı:77
embedMənbə:https://sia.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri