Icma.az
close
up
RU
Ölməz ekran əsərləri

Ölməz ekran əsərləri

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

(əvvəli qəzetin 15 və 25 noyabr tarix­li saylarında)

“Yenilməz batalyon”

Bu il məşhur “Yenilməz batal­yon” bədii filminin 60 yaşı tamam olur. Yazıçı Qılman İlkinin “Qalada üsyan” romanı əsasında ssenari yaz­dığı və rejissor Hüseyn Seyidzadənin quruluş verdiyi bu filmdə 1907-ci ildə çar hökuməti tərəfindən o vaxt ucqar hesab olunan Azərbayca­nın kiçik şəhəri Zaqatalaya sürgün edilmiş “Potyomkin” zirehli gəmi­sinin üsyankar matrosları ilə yerli inqilabçıların Rusiya imperiyasına qarşı birgə mübarizəsindən danışılır.

Tarixi dram–macəra janrında olan yu­bilyar ekran əsərində baş rolları Tamilla Ağamirova (Xavər), Vladimir Yemelyanov (Dobrovolski), İsmayıl Osmanlı (Dərzi Yusif), Anatoli Yurçenko (Stepan Lemeş­ko), Müxlis Cənizadə (Nəriman Tağıyev), Ofeliya Məmmədzadə (Roza), Mixail Puqovkin (Kolpakov), Ceyhun Mirzəyev (Teymur), Hüseynağa Sadıqov (Feldfebel) ifa ediblər. Olayları Xan Babayev və Rasim İsmayılov lentə alıblar. Filmdə Cahangir Cahangirovun yazdığı “Teymurun mahnı­sı”nı İslam Rzayev səsləndirib, bu oynaq nəğmə uzun illər Gülağa Məmmədovun, Anatollu Qəniyevin və başqa müğənnilərin repertuarını bəzəyib:

Yel əsər, dağıdar dağda dumanı,

Anamın gözləri yoldadır - 

Bircə mənə qalmış gümanı,

Gedim, görüm əziz anamı,

A qarlı dağlar!..

Xalq artisti Heydər Anatollu müsahi­bələrinin birində deyib: “Yenilməz batal­yon”da həmin ifanı birinci dəfə atam səs­ləndirmişdi. O vaxt Moskvaya filmi təhvil verəndə bədii şura bildirib ki, atamın səs tembri ilə böyük sənətkarımız Ceyhun Mirzəyevin yaratdığı obraz uyğun gəlmir. Ona görə mahnını mərhum sənətkarımız, atamın da yaxın dostu olan İslam Rzayev səsləndirdi”.

Bu da maraqlıdır ki, Zaqatalada baş vermiş hadisə barədə film həmin rayonda deyil, Şəkidə (türmə-qalaətrafı) və Oğuzda (Qırxbulaq, Bayan kəndi), eləcə də Bakıda köhnə studiyanın povilyonunda lentə alı­nıb. Hətta Bayan sakini Bəkir kişi öz atı ilə epizodik rola çəkilib. Kinolentdə istifadə olunan furqon isə Böyük Söyüdlü kəndin­dəki keçmiş Miçurin adına kolxozdan götü­rülübmüş. Filmin rejissor assistenti olmuş Rafiq Dadaşovun dediyinə görə, Şəkidə uzun müddət güclü yağış yağdığı üçün geri qayıtmalı olublar və çəkilişlər xeyli ge­cikib. Filmin final səhnəsi isə Xanabadda çəkilmişdir.

Ekran əsərində rol almış rus aktyorlar Bakıda və Şəkidə xalqımızın qonaqpərvər­liyini görüb və Moskvaya çox razı qayıdıb­lar.

Döyüş səhnələrinə kaskadyorlar çəki­liblər. Eyni zamanda, yerli hərbi hissələr də çəkilişlərdə iştirak ediblər. Kostyumlar və digər zəruri avadanlıqlar Moskvada sifariş olunub.

Kino tənqidçisi Sevda Sultanova yazır: “Azərbaycan kinosunun ən yaxşı əsərlə­rindən sayılan “Yenilməz batalyon”dakı bəzi epizodlarda piano müəllimi Xavərin (Tamilla Ağamirova) ifasındakı musiqi təkcə natura yox, eyni zamanda əhvalatın fon musiqisi kimi səslənir, vəziyyətlərin alt qatını sezdirir. Rəis Kolpakovun (Mixail Puqovkin) evində təşkil olunan ziyafətdə Xavər Bethovenin əsərlərindən birini ça­lır. İfa zamanı zabit Dobrovolski (Vladimir Yemelyanov) ilə Xavərin növbələşən iri planlarından istifadə olunur. Rusiya impe­riyasının təmsilçisi ilə bolşevik ərini sür­gündə itirmiş Xavərin mənalı baxışlarının toqquşması əqidə müxtəlifliyindən doğan gərginliyi eyhamlaşdırır”.

Beləliklə, təbliğat baxımından sovet sisteminə xidmət edən bu film hazırda öz ideologiyası ilə deyil, məhz sənət baxımın­dan tamaşaçı marağını qoruyub saxlayır.

“Yeddi oğul istərəm” 

Bu il 55 yaşı olan tammetrajlı “Yed­di oğul istərəm” bədii filmi də sovet ideologiyasına xidmət etməsinə bax­mayaraq, Xalq şairi Səməd Vurğunun “Komsomol” poemasının motivlərinə və görkəmli sənətkarların oyununa görə sevilən filmlərdən idi. Elə bircə Gəray bəyin dili ilə deyilən “Çal, aşıq, çal, komsomolun canı it canıdır” fikri zərb-məsələ çevrilib. Ssenarisini Yu­sif Səmədoğlunun qələmə aldığı filmin quruluşçu rejissoru Tofiq Tağızadədir. Xəyyam Mirzəzadənin musiqiləri kino­lentin təsir gücünü daha da çoxaldıb. Cəlal güllələnən vaxt Ədalət Nəsibovun Aşıq rolunda “Yanıq Kərəmi” saz ha­vası ifa etməsi də seyrçilərin olayla bağ­lı həyəcanını artırır.

Yeri gəlmişkən, Humayın sevgilisi Cə­lalı Gəray bəyin öldürməsinə görə Bəxti­yara “Babamın qanını sənə halal eləyirəm” deməsi, Gəray bəyin isə hansısa bir komso­molçunun əli ilə ölmək istəməyərək özünü güllələməsi kimi səhnələr də kinolentin tə­sirliliyini artırıb.

“Yeddi oğul istərəm”də əsas yeddili­yi Həsən Məmmədov (Bəxtiyar), Şahmar Ələkbərov (Qəzənfər), Ənvər Həsənov (Cəlal), Elçin Məmmədov (Mirpaşa), Əb­dül Qasımov (Qasım), Rafiq Əzimov (Şah­suvar) və Ələsgər İbrahimov (Zalımoğlu) canlandırıblar. Həsənağa Turabovun Gəray bəyi, İsmayıl Osmanlının Kələntəri, Zemfi­ra İsmayılovanın Humayı, Fərhad İsrafilo­vun Qəqənisi də aktyor ansamblını layiqin­cə tamamlayıb.

Ekran əsəri sovet inqilabının qələbəsinə inanan və məqsəd naminə canlarından belə keçməyə hazır olan 1920-ci illərin kom­somolçuları haqqında romantik hekayət­dir. Kinoşünas Ulduzə Qaraqızı özünün “Azərbaycan filmlərinin yaranma tarixin­dən” adlı kitabında yazır ki, Tofiq Tağızadə lentin ideoloji istiqamətinə rəğmən milli adət-ənənələrdən (“Kosa-kosa” xalq məra­simi, Novruz bayramı buna canlı misaldır) çox bacarıqla istifadə edib.

Qeyd etdiyimiz kimi, bu filmdə mo­nolit aktyor ansamblı yaradılıb. Bəxtiyar dəstənin hər bir üzvünün üstündə nanə yarpağı kimi əsir ki, salamat qalsınlar. Cə­lal isə bəy qızını sevməsi ilə mənəviyya­tın siyasi məsuliyyətdən ucada durduğunu göstərir. Kobudluğu ilə fərqlənən Mirpaşa əsas qəhrəman olmasa da, uzun müddət ta­maşaçının yadından çıxmır. Kələntər dayı mənfi tip kimi diqqət çəkir və s.

Filmdə çəkilərkən 25 yaşı olan, ha­zırda 81 yaşlı Xalq artisti Əbdül Mah­mudbəyov – Şeyx Əbdülün “Yeddi oğul istərəm” haqqında dediklərindən: 

– Uzun Qasım roluna məndən başqa 6 aktyor da sınaq çəkilişlərində iştirak etmiş­di. Rejissorun seçimi, bədii şuranın qərarı ilə mən təsdiq olundum. Sınaq çəkilişlərin­də komsomolçu rollarını yaradan aktyorla­rın gününün əsas hissəsi Cıdır meydanında atçapma məşqlərində keçib. Bu proses 5-6 ay davam etmişdi. Təsəvvür edin ki, id­mançılar gün ərzində 1 dəfə məşq edirlərsə, biz aktyorlar 2 dəfə qan-tər içində atçapma məşqlərinə qatılırdıq.

Filmin çəkilişləri də son dərəcə ağır, çə­tin, təhlükəli şəraitlərdə aparılıb. Yay fəs­linin isti günlərində aktyorların yaraqlı-ya­saqlı geyimlərdə kamera qarşısında bəzən saatlarla dayanması, at çapması o qədər də asan məsələ deyildi. Hamımız silahlı, patrondaşlı, atın belində, Qobustanın ilan mələyən çölündə, qayaların, ilan-əqrəblə­rin içində çəkilirdik. Çox vaxt elə olurdu ki, bir qurtum suyu da bölürdük. Aktyorlar bu filmdə, sözün həqiqi mənasında, böyük fədakarlıqlar göstərdilər.

İndi onların çoxu dünyadan köçüb. Amma “Yeddi oğul istərəm” bədii filmi ya­radıcı heyətə qoyulan bir abidə kimi qalır.

(ardı var)

Ə.DOSTƏLİ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Noyabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see311

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see295

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see274

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see268

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see264

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see258

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see256

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see246

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see232

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see225

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see215

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see214

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see211

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see210

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see209

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see209

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see207

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see189

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see178

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri