Beynəlxalq Muğam Mərkəzində Motsartın ölməz əsərləri səsləndirilib
Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Beynəlxalq Muğam Mərkəzində Volfqanq Amadey Motsartın yaradıcılığına həsr olunmuş “Amadeus” səhnələşdirilmiş konsert keçirilib. Konsert Bakıdakı Rus evinin dəstəyi ilə təşkil olunub.
Kulis.az xəbər verir ki, gecənin proqramı Bakı teatrlarının solistlərinin və Rusiyadan gəlmiş sənətçilərin ifasında musiqi nömrələrindən ibarət olub. A.S.Puşkinin “Motsart və Salyeri” əsəri əsasında səhnələşdirilmiş tamaşa da təqdim olunub.
Konsertdə Daniil Kirillov (fortepiano; Motsart rolu), Anna Rasina (fortepiano; Nannerl rolu - bəstəkarın bacısı), Anar Seyidov (skripka), Nəzrin İmanova (fleyta), Zümrüd Davudova (vokal), balerina Esfir Quliyeva, Azərbaycan Dövlət Pantomima Teatrının aktyorları: Əli Əlizadə və Elnur İsmayılov, həmçinin uşaqlıqda Motsart, Nannerl və Mariya Antuanettanın rollarını ifa edən gənc musiqiçilər və sənətçilər iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 06 Dekabr 2024 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















