Milli Observatoriya beynəlxalq mükafata layiq görülüb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 18 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ABŞ-da yerləşən nüfuzlu “Communitas” beynəlxalq təşkilatının müsabiqəsində uğur qazanıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Observatoriyanın təlim sahəsindəki fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilib və “İctimai Xidmətdə Liderlik və Korporativ Sosial Məsuliyyət” kateqoriyası üzrə xüsusi mükafata layiq görülüb.
Qeyd edək ki, müsabiqədə müxtəlif ölkələrdən olan dövlət və özəl sektor təmsilçiləri iştirak ediblər. Təqdim olunan layihələr peşəkar münsiflər heyəti tərəfindən sosial təsir, davamlılıq və innovativ yanaşma kimi əsas meyarlar üzrə qiymətləndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 18 Aprel 2025 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















