Icma.az
close
up
RU
Beynəlxalq münasibətlər sisteminin diaqnozu

Beynəlxalq münasibətlər sisteminin diaqnozu

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hətta aktiv siyasətdən uzaq dayananlar da yaxşı bilirlər ki, Prezident İlham Əliyevin nitqi hər zaman konkretdir. Dövlət başçısı öz ritorikasında demək olar ki, “təxminlərə” yer vermir.
Dəfələrlə elə olub ki, Prezident tərəfindən səsləndirilmiş bu və ya digər fikrinin əsl mahiyyət və təyinatını biz yalnız zamanla, hansısa konkret hadisə baş verəndən sonra anlaya bilmişik. Bəli, dövlət siyasəti tələb edir ki, müəyyən olunmuş hədəflərə aparan yolda minimum müqavimət ilə rastlaşmaq üçün strategiyanın müvafiq təfərrüatları ictimaiyyətdən gizlin saxlanılsın. Yeri gəlmişkən qeyd edək ki, populist-demaqoqlar daim çalışırlar dövlət siyasətinin sözügedən “həssas” xüsusiyyətindən qərəzli şəkildə öz xeyrinə istifadə etsinlər. Əlbəttə ki, ucuz rəğbət qazanmaq naminə demaqoqlar tərəfindən sərgilənən bu cür yanaşma milli maraqlara xidmət edə bilməz. Məsuliyyətsiz populizm əsl peşəkarlıq və vətənpərvərlikdən çox uzaq dayanan siyasi təlxəklikdir.    

Etiraf olunmalıdır ki, Prezidentin çıxışları ölkənin siyasi ritorikasının strateji vurğularını müəyyən edir. Sözügedən amil istənilən demokratik ölkə üçün normal siyasi təcrübədir. Dövlət başçısı tərəfindən müəyyən olunmuş strateji vurğulara funksional məzmun qatanlar isə müvafiq vətəndaş cəmiyyəti institutlarında toplaşan vətənpərvər qüvvələr və müxtəlif dövlət qurumlarında çalışan səlahiyyət sahibləri olmalıdır.

Həmin səlahiyyət sahibləri idarəetmə zəncirin zəif halqası olan zaman sistem axsayır və müxtəlif çətinliklər də yaşana bilir. Bu ən azından ona görə baş verir ki, dövlət siyasətinin uğuru həm də Prezidentin təşəbbüs və mesajlarının konkret sahələrin fəaliyyətində adekvat şəkildə əks olunmasından asılıdır. Təsadüfi deyil ki, təhlil, proqnoz və modelləşmə inkişaf etmiş ölkələrin effektiv idarəetmə sistemlərini xarakterizə edən əsas fəaliyyət metodlarındandır. Sözügedən metodlar tətbiq olunmayanda sistem, əsasən, inersiyalı fəaliyyət göstərir, sistemin şərti həlqələri isə daha çox sadəcə məsuliyyətin bir-birinə ötürülməsi ilə məşğul olur.

Əlbəttə ki, oxşar vəziyyət yaşanan yerdə funksional xətalar qaçılmazdır. Məhz bu məqamda yada düşən ilk məfhum müxtəlif ictimai-siyasi institutlar olmalıdır. Dövlət sisteminin sürətlə dəyişən reallığa çevik və adekvat adaptasiyasında iştirak etməli institutlar həm sistemin sabitliyini, həm də onun rəqabətə dözümlüyünü təmin edir. Müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış ictimai-siyasi institutlar dövlətin sanki ehtiyat enerji batareyasıdır.

Bu ehtiyat enerji batareyaları nə qədər sağlam olsalar, dövlət də öz məqsədlərinə gedən yolda bir o qədər rəvan və stressli situasiyalardan uzaq olar. Qeyd edilən danılmaz təsbit ictimai sektorun, siyasi partiyaların və vətəndaş cəmiyyəti institutlarının tükənməz aktuallığına işarə edir. Sözügedən institutları cəmiyyətin aparıcı qüvvəsinə çevirə biləcək əsas amil isə sağlam siyasi mühitdir. Bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoqun da strateji hədəfi məhz ölkədə sağlam siyasi mühitin bərqərar olunmasıdır.

İdarəetmədə təhlil, proqnoz və modelləşmənin zərurəti kontekstində sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edən zaman dövlət başçısı tərəfindən vurğulanmış növbəti fikir xüsusi maraq doğurur: “Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür.

Müharibələrin coğrafiyası genişlənir. Döyüşən tərəflər arasında qarşılıqlı düşmənçilik açıq xarakter alır.” Belə ki, Prezidentin “ətrafımızda müharibələr gedir”, “müharibələrin coğrafiyası genişlənir” və “qarşılıqlı düşmənçilik açıq xarakter alır” kimi sözləri region və dünyada müşahidə olunan prosesləri xarakterizə edirsə, dövlət başçısının “bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür” sözləri isə sadəcə siyasi proqnoz deyil, bu artıq müasir beynəlxalq münasibətlər sisteminin yoluxduğu “xəstəliyin” diaqnozudur.

Odur ki, dünyanın yoluxduğu xəstəliyin diaqnozu verilibsə, deməli, sıra “xəstənin” sağalmasına səbəb ola biləcək müalicə növünün dəqiq müəyyən olunmasında və “xəstənin” müalicə proseduralarına intizamlı şəkildə riayət edilməsindədir. Beləliklə, Prezident sürətlə dəyişən mühit fonunda dövlət və cəmiyyətin gələcək davranış modellərinin müəyyən olunması zərurəti ilə bağlı növbəti dəfə cəmiyyətə açıq mesajını ötürüb. Bu cür mühüm vəzifənin icrası üçün dövlət başçısının strateji mesajlarının mətbuatda sadəcə bir neçə gün ərzində aktual saxlanması ilə məhdudlaşmaq olmaz. Sağlam siyasi mühit məhz ona görə yaradılır ki, dövlət və cəmiyyətin potensialı inkişaf naminə səfərbər olunsun.

politoloq Asif Adil

Asif Adil

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Sentyabr 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri