Icma.az
close
up
RU
Əli Əhmədov: Ukraynada, Qəzzada dinc sakinlərin qətli dünyada beynəlxalq münasibətlər sisteminin çökdüyünün bariz nümunəsidir

Əli Əhmədov: Ukraynada, Qəzzada dinc sakinlərin qətli dünyada beynəlxalq münasibətlər sisteminin çökdüyünün bariz nümunəsidir

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

"İstər Ukraynada, istərsə də Qəzzada dinc sakinlərin qətli dünyada beynəlxalq münasibətlər sisteminin çökdüyünün bariz nümunəsidir".

APA xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin rolu:
Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda Beynəlxalq Dəyirmi Masa Müzakirəsində bildirib.

O əlavə edib ki, İkinci Dünya Müharibəsindən sonra dünya nizamını möhkəmləndirmək üçün yaradılan beynəlxalq münasibətlər sistemi hazırda yeni dünya reallıqlarına lazımınca cavab verə bilmir:

"Azərbaycanın müstəqilliyini qazanması Azərbaycanın özü üçün önəmli olduğu kimi, Türkiyə üçün də mühüm hadisə idi. Azərbaycan-Türkiyə qardaşlığı bütövlükdə Türk dünyasına mühüm töhfələr verir. Azərbaycan və Türkiyə arasında dostluq inkişaf etdikcə hər iki dövlət beynəlxalq münasibətlər sistemində daha ciddi rol oynamaq imkanı qazanırlar. İstər Azərbaycan, istərsə də Türkiyə vətəndaşları bunu dəfələrlə nümayiş etdiriblər. Türk qardaşlarımız vaxtilə Nuru Paşanın rəhbərliyi altında Bakı şəhərinin işğaldan azad edilməsinə nail olublar. Bizim öndərlərimizin vəsiyyət və sözləri dostluğumuzun böyük gələcəyi olduğunu deməyə vadar edir. Ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı bütövlükdə bizim həyat fəlsəfəmizə çevrilib. Bugünkü konfrans Azərbaycan Parlamentinin 106-cı ildönümünə təsadüf edir. Dünyada baş verən dəyişikliklər bəzi hallarda insanlara yaralar və ağrılar gətirir. İkinci Dünya Müharibəsindən sonra dünya nizamını möhkəmləndirmək üçün yaradılan beynəlxalq münasibətlər sistemi hazırda yeni dünya reallıqlarına lazımınca cavab verə bilmir. Düşünürəm ki, dünya bu reallığı qəbul etməyə məcburdur. İstər Ukraynada, istərsə də Qəzzada dinc sakinlərin qətli dünyada beynəlxalq münasibətlər sisteminin çökdüyünün bariz nümunəsidir. Ayrı-ayrı dövlətlərin içərisində olduğu proseslərdə parlamentlərin rolunu artırmağa ehtiyac var. Azərbaycan yalnız öz torpaqlarını işğaldan azad etməyib, həm də təcavüzə qarşı ədalətli müharibə aparmaq nümunəsi göstərib. Nəticədə Qafqazda sülh və əməkdaşlığın güclənməsi üçün real imkan yaranıb. Dövlətlərin daxili işlərə qarışmasından nə qədər insanın əziyyət çəkdiyini görürük. Türkiyə-Azərbaycan qardaşlığının möhkəmləndirilməsi üçün səylərin artırılmasına ehtiyac var. Türkiyə və Azərbaycan parlamentlərinin birgə fəaliyyəti ölkəmizə qarşı nümayiş etdirilən haqsızlıqlara qarşı effektiv mübarizə aparılmasına mühüm töhfə verəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://apa.az
archiveBu xəbər 07 Dekabr 2024 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri