Icma.az
close
up
RU
Beynəlxalq Novruz Festivalı Azərbaycan layihəsi həyata keçirilib FOTOLAR

Beynəlxalq Novruz Festivalı Azərbaycan layihəsi həyata keçirilib FOTOLAR

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa Tələbələr Forumu Bakı İctimai Biriliyi tərəfindən 17-23 mart tarixlərində paytaxt Bakı və Şamaxı şəhərlərində keçirilən Novruz bayramına həsr edilmiş Beynəlxalq Novruz Festivalı Azərbaycan (INFA) layihəsi uğurla yekunlaşıb. SİA xəbər verir ki, festivalın keçirilməsində əsas məqsəd Azərbaycan və Avropa ölkələrindən olan gənclər arasında mədəniyyətlərarası mübadilənin inkişafına töhfə vermək, onlar arasında ölkəmizin zəngin mədəni və tarixi irsinin tanıdılmasını təmin etmək, həmçinin qədim Novruz adət-ənənələrini beynəlxalq ictimaiyyətə təqdim etməkdir.

Novruzun rəngarəng atmosferini birlikdə paylaşdığımız, 7 gün davam edən festivalda Türkiyə, Rusiya, İspaniya və Çexiya kimi müxtəlif ölkələrdən 25 xarici qonaq olmaqla, ümumilikdə 50 iştirakçı bir araya gələrək bu möhtəşəm bayramı qeyd edib.

Festival çərçivəsində iştirakçılar Bakı və Şamaxı şəhərlərinin ətrafında mühüm tarixi və mədəni yerləri - Suraxanı Gəmi Muzeyi, Xalça Muzeyi, Heydər Əliyev Mərkəzi, Şirvanşahlar Sarayı, Yaşıl və Şərq bazarları kimi məkanları ziyarət ediblər. Layihədə iştirak edən gənclər UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Qobustan qoruğunu ziyarət edərək minilliklər öncəyə aid qayaüstü rəsmləri və qədim insan izlərini müşahidə ediblər. Bununla yanaşı, Şamaxı Astrofizika Rəsədxanasına təşkil olunan səfər zamanı onlar astronomiya elminin inkişafı, kainatın sirləri və ulduzların müşahidəsi ilə bağlı dəyərli məlumatlar əldə ediblər. Bu layihə, iştirakçıların Azərbaycan mədəniyyəti haqqında biliklərini dərinləşdirməklə yanaşı, Avropa və Azərbaycanın müxtəlif bölgələrindən olan gənclər arasında əlaqələrin möhkəmlənməsinə də töhfə verib.

Qeyd edək ki, bu cür beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın zəngin mədəniyyətini, qonaqpərvərliyini, tolerantlığını və multikultural dəyərlərini tanıtmaq baxımından mühüm rol oynayır. Ötən il Şəki və Ağsu şəhərlərində təşkil edilən festivalın gələcək illərdə də ənənəvi olaraq keçirilməsi davam etdiriləcəkdir. Bu layihə, müxtəlif ölkələrdən gələn iştirakçılara Novruz ruhunu birgə yaşamaq və mədəniyyətlərarası dialoqu gücləndirmək üçün əvəzolunmaz bir fürsət təqdim edir.

Son olaraq, AEGEE-Bakı, layihəyənin keçirilməsində göstərdiyi dəstəyə görə "Azərsüd" şirkətinə dərin minnətdarlığını bildirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Aprel 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see236

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see234

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see201

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see148

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see147

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see143

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see142

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see142

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see140

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see136

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see135

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see132

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see130

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see127

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see126

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see125

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri