Beynəlxalq Olimpiada Mərkəzinin dinləyiciləri üçün Şəmkirdə düşərgə təşkil edilib
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 31 mart, AZƏRTAC
Şəmkir şəhərindəki Kimya-biologiya təmayüllü lisey Beynəlxalq Olimpiada Mərkəzinin dinləyicilərini qəbul edib.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, düşərgənin proqramı çərçivəsində iştirakçılar həm nəzəri, həm də praktiki məşğələlərə cəlb ediliblər. Dərslər komanda rəhbərləri və təcrübəli olimpiadaçılar tərəfindən aparılıb. Məşğələlər zamanı mürəkkəb məsələlərin həlli üsulları üzərində işlənilib, şagirdlərin analitik düşünmə və problem həlletmə bacarıqlarının inkişafına xüsusi diqqət yetirilib. Praktiki tapşırıqlar isə iştirakçıların əldə etdikləri bilikləri tətbiq etmələrinə imkan yaradıb.
Düşərgə müddətində şagirdlər arasında komanda işi, elmi müzakirələr və müxtəlif formatlı yarışlar təşkil olunub. Eyni zamanda, əvvəlki illərin olimpiada qalibləri ilə görüşlər keçirilib. Qaliblər öz hazırlıq strategiyalarını, yarış təcrübələrini və qarşılaşdıqları çətinlikləri bölüşüb, uğur qazanmaq üçün vacib olan bilik və bacarıqlar barədə tövsiyələr veriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 31 Mart 2026 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















