Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib
Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
11 oktyabr — Beynəlxalq Qızlar Günü münasibətilə Türan Dövlətləri Qadınlar Birliyi və Etika Akademiyasının təşkilatçılığı ilə “Təhsilli qızlar: Bu günün və sabahın səsi” mövzusunda tədbir keçirilib.
Tədbirin məqsədi qızların təhsil hüququna diqqət çəkmək, qadınların cəmiyyətdə rolunu və imkanlarını müzakirə etmək, uğurlu xanımların həyat və peşə təcrübəsini gənc nəsillə bölüşmək olub.
Tədbirdə bir qrup ziyalı xanımlar, alimlər, sahibkarlar və gənc tələ qızlar iştirak ediblər. Görüş çərçivəsində təhsilin fərdi inkişafda rolu, qadınların qarşılaşdıqları çətinliklər, əldə etdikləri uğurlar, peşəkar inkişaf imkanları və cəmiyyətdə fəal iştirakının əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb. Çıxışlarda ölkəmizdə qız övladlara olan münasibətlərdən, təhsilin qızların dünyagörüşünün formalaşmasında, özünəinamının artırılmasında, hüquqlarını tanımasında və gələcək karyeralarını qurmasında rolu vurğulanıb. Panel müzakirələrdə nüminəvi simalar öz peşəkar fəaliyyətləri boyunca qarşılaşdıqları çətinliklərdən, qazandıqları uğurlardan və şəxsi təcrübələrindən bəhs edərək gənc qızlarla tövsiyələrini bölüşüblər. Daha sonra gənc tələbə qızları maraqlandıran suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 11 Oktyabr 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















