Icma.az
close
up
RU
24 aprel Beynəlxalq İKT də Qızlar Günü

24 aprel Beynəlxalq İKT də Qızlar Günü

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 24 aprel, AZƏRTAC

Bütün dünya ictimaiyyəti kimi Azərbaycanda da aprelin sonuncu həftəsinin dördüncü günü İKT-də Qızlar Günü (“Girls in ICT Day”) kimi qeyd edilir.

AZƏRTAC xəbər verir ki, bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən təsis edilib.

Bu il Beynəlxalq İKT-də Qızlar Günü aprelin 24-də qeyd olunacaq və “İnklüziv rəqəmsal transformasiya üçün İKT-də qızlar” mövzusuna həsr olunub.

İKT-də Qızlar Gününün keçirilməsinin əsas məqsədi qızları informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə cəlb etmək və onların bu sahədə fəaliyyətini dəstəkləməkdir.

İncəsənət və tarixdən başlayaraq hüquq, ibtidai təhsil və qrafik dizaynadək bütün karyera növlərində texnologiyanın mühüm rol oynaması ilə gənc yaşda texnoloji bacarıqların öyrədilməsi qızlara iqtisadi müstəqillik qazanmağa kömək edə bilər. Hazırda İKT sektorunun həmişəkindən daha çox qız və qadınlara ehtiyacı var.

Gələcəyin işləri texnologiya və innovasiya ilə idarə olunacaq. Bu gün ibtidai məktəbə daxil olan uşaqların 65 faizi gələcəkdə bugünkü gün mövcud olmayan işlərdə çalışacaq. Qızlar öyrənməyə həvəslidirlər, məsuliyyət götürürlər və texniki bacarıqlara yiyələnirlər və öz nümunələri ilə başqalarını ruhlandırırlar.

Dünyada daha çox qadının İKT sektoruna cəlb edilməsi üçün ciddi səylər göstərilsə də, hətta ən sivil ölkələrdə belə bu yolda bir sıra problemlər və maneələr mövcuddur. Bu sahədə çalışan qadınlar ümumi İKT əmək bazarının cəmi 26 faizini təşkil edir.

Bu gün ölkəmizdə də ənənəvi olaraq geniş qeyd olunur. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən gənc qızların texnologiya sahəsində maarifləndirilməsi, təhsilin əhəmiyyəti və bu sahədə geniş imkanlar barədə məlumatlandırılması, rəqəmsal dünyada fəal iştiraka cəlb edilməsi məqsədi ilə hər il Beynəlxalq İKT-də Qızlar Gününə həsr olunmuş tədbirlər təşkil olunur.

Azərbaycanın İKT sektorunda əldə etdiyi nailiyyətlər beynəlxalq təşkilatlar səviyyəsində də qeyd olunur.

Belə ki, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) regional direktoru Nataliya Moçu “Onlayn Azərbaycan” layihəsinin bu il Bakıda baş tutan hesabat tədbirində bildirdi: “Azərbaycan informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində məlumatların toplanması sisteminin təkmilləşdirilməsi sahəsində mühüm nailiyyətlər əldə edib. 2022–2023-cü illərdə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq çərçivəsində məlumatların toplanması və ötürülməsi proseslərinin BMT-nin beynəlxalq tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində işlər aparılıb. Ümid edirik ki, bu layihə vasitəsilə Azərbaycan daha da keyfiyyətli məlumat təqdim edəcək. Həmçinin ölkədə ən aktiv internet istifadəçiləri gənclərdir. Dünyada 15-24 yaşında insanların təxminən 79 faizi internetdən istifadə edir ki, bu da əhalinin qalan hissəsindən 13 faiz çoxdur. Azərbaycanda isə bu rəqəmlər daha yüksəkdir. İnternetdən istifadə edən gənclərin (15-24 yaş) payı 88,2 faiz, 25-74 yaşlı əhali arasında isə bu rəqəm 91,2 faizə çatır”, - deyə BTİ regional direktoru vurğulayıb.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da Beynəlxalq İKT-də Qızlar Günü bir sıra tədbirlərlə qeyd edilir.

Həmçinin Beynəlxalq İKT-də Qızlar Günü bu il ilk dəfə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində və Ərəb Dövlətləri regionu ilə birgə qlobal səviyyədə keçiriləcək. Eləcə də Qırğızıstanın Bişkek və Mavritaniyanın Nuakşot şəhərləri arasında birbaşa əlaqə olan hibrid tədbir keçiriləcək. Tədbirdə dünyanın hər yerindən görkəmli ekspertlərin iştirakı ilə müzakirələr aparılacaq və qlobal auditoriyaya canlı yayımlanacaq.

Qeyd edək ki, İKT gender bərabərliyinin təmin edilməsində və qadınların səlahiyyətlərinin artırılmasında əsas amillərdən biridir. Bu texnologiyalardan istifadə etməklə qadınlar və qızlar yeni iş yerləri yaratmaq və sahibkarlığı inkişaf etdirmək imkanlarından yararlana bilərlər.

İKT-də Qızlar Günü qızları və gənc qadınları elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrində təhsil və karyeralarını davam etdirməyə təşviq etməklə rəqəmsal uçurumun aradan qaldırılmasına kömək etmək üçün qlobal səydir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:322
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri