Icma.az
close
up
RU
Beynəlxalq sərgilər mövsümünə may ayında start veriləcək

Beynəlxalq sərgilər mövsümünə may ayında start veriləcək

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri, beynəlxalq sərgilər mövsümünə may ayında start verəcək. Bu il Azərbaycanın müvafiq dövlət qurumları və strukturlarının dəstəyi ilə ümumilikdə 13 tədbirin keçirilməsi nəzərdə tutulub.

“APA-Economics” xəbər verir ki, sərgi təqvimində yer almış yaz mövsümü üzrə bir sıra sərgilər üçün 2025-ci il əlamətdar olacaqdır, belə ki, artıq milli brendə çevrilmiş bu sərgilər yubileyini qeyd edəcəkdir. Regionun ən böyük qida sənayesi üzrə ixtisaslaşmış sərgisi olan “InterFood Azerbaijan” sərgisi 30 illik yubileyini keçirəcək. 30 illik yubileyini qeyd edən digər tədbir isə Azərbaycanın enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsidir.

Sərgilərin ölkə üçün əhəmiyyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu tədbirləri ziyarət etməsi vurğulayır. Bütün sərgilər müvafiq dövlət qurumları və strukturlarının dəstəyi ilə keçirilir.

2025-ci ilin yaz sərgi mövsümünə 13-16 may tarixlərində regionun ən böyük beynəlxalq kənd təsərrüfatı və qida sənayesi tədbirləri olan 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri start verəcək.

Yaz mövsümü 2-4 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək enerji sahəsinin ən böyük hadisələrindən olan 30-cu Yubiley “Baku Energy Week” ilə davam edəcək.

3 və 4 iyun tarixlərində Bakı Konqres Mərkəzində “Baku Energy Week”in əsas hadisəsi olan “Baku Energy Forum” (Bakı Enerji Forumu) baş tutacaq. Bu il 30 illik yubileyini qeyd edən Forum “Baku Energy Week”in əsas iştirakçılarını, aparıcı dünya mütəxəssislərini, dövlət qurumlarının və özəl sektorun nümayəndələrini, investorları və biznes nümayəndələrini strateji dialoq üçün bir araya gətirir. Burada enerji sənayesinin gələcək gündəliyi formalaşır, strateji təşəbbüslər və inkişafın əsas tendensiyaları müzakirə edilir. Bu il “Baku Energy Forum”un əsas mövzuları dayanıqlı enerji sənayesinin inkişafı, enerji sektorunun rəqəmsallaşdırılması, yaşıl enerji layihələrinin sürətləndirilməsi və dekarbonizasiya üçün innovativ həllərin araşdırılmasıdır. Bu müzakirələr qlobal enerji sektorunun transformasiyasına istiqamət verərək onun gələcəyini müəyyənləşdirməkdə mühüm rol oynayacaq.

Tədbir çərçivəsində “Zero Waste” və “Zero Food Waste” təşəbbüsləri həyata keçirilir ki, bu da təşkilatçıların dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini vurğulayır.

2025-ci ilin 2-4 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi “TransLogistica Caspian”, nəqliyyat sahəsində müasir həllərin müzakirəsi və təqdimatı üçün önəmli bir platforma təqdim edir. Bu tədbir, logistika və nəqliyyat sahəsinin ən mühüm sərgilərindən biri kimi tanınır və Avrasiya regionunu peşəkarlarını bir araya gətirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 Aprel 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri