Beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığı ilə sentyabrın 29-dan oktyabrın 1-dək keçiriləcək "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək.
Bizim.Media xəbər verir ki, turnirin ilk mərhələsi Köndələnçay su anbarında baş tutacaq.
Bu mərhələdə kayak və kanoe üzrə 200 metr məsafədə yarışlar təşkil olunacaq.
Sentyabrın 30-u və oktyabrın 1-də isə idmançılar Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində bütün növlər və məsafələr üzrə yarışacaqlar.
Qeyd edək ki, "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparacaq.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 29 Sentyabr 2026 09:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















