Icma.az
close
up
RU
Beynəlxalq tədbirlər Azərbaycanın artan nüfuzunu təsdiqləyir RƏY

Beynəlxalq tədbirlər Azərbaycanın artan nüfuzunu təsdiqləyir RƏY

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 22 iyun, AZƏRTAC

Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi sahəsində nümayiş etdirdiyi ardıcıl uğurlar ölkənin qlobal miqyasda etibarlı tərəfdaş və nüfuzlu əməkdaşlıq məkanı kimi mövqeyini daha da möhkəmləndirir. Bu baxımdan, Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantıları Azərbaycanın beynəlxalq siyasi, iqtisadi və maliyyə münasibətlər sistemində artan rolunun növbəti təsdiqi kimi qiymətləndirilə bilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Maliyyə və menecment kafedrasının professoru, iqtisad elmləri doktoru Murad Tağıyev səsləndirib.

“Dünya siyasi tarixinin təcrübəsi göstərir ki, beynəlxalq münasibətlər sistemində əsaslı dəyişikliklər adətən böyük müharibələrdən və qlobal geosiyasi sarsıntılardan sonra baş verir. Birinci Dünya müharibəsinin ardından Millətlər Liqası, İkinci Dünya müharibəsinin nəticəsi olaraq isə Birləşmiş Millətlər Təşkilatı yaradılıb, beynəlxalq təhlükəsizlik və əməkdaşlığın yeni prinsipləri formalaşdırılıb. Hazırda davam edən geosiyasi qarşıdurmalar, xüsusilə Rusiya-Ukrayna müharibəsinin yaratdığı yeni reallıqlar fonunda beynəlxalq münasibətlər sisteminin növbəti transformasiya mərhələsinə qədəm qoyduğu barədə fikirlər geniş yayılıb. Bir çox siyasi analitiklər və beynəlxalq münasibətlər üzrə ekspertlər hesab edirlər ki, yaxın illərdə qlobal idarəetmə mexanizmlərində, iqtisadi əməkdaşlıq formatlarında və təhlükəsizlik arxitekturasında mühüm dəyişikliklər baş verə bilər. Bu dəyişikliklərin əsas xüsusiyyətlərindən biri dünyanın tədricən çoxqütblü sistemə keçidi, regional güclərin və strateji əhəmiyyətə malik dövlətlərin rolunun artmasıdır. Məhz belə bir dövrdə Azərbaycanın beynəlxalq çəkisi və geosiyasi əhəmiyyəti daha qabarıq şəkildə ön plana çıxır”, - deyə o diqqətə çatdırıb.

Professor qeyd edib ki, son illərdə həyata keçirilən müstəqil və balanslaşdırılmış xarici siyasət kursu, ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rol, beynəlxalq nəqliyyat və logistika layihələrinin əsas iştirakçılarından birinə çevrilməsi Azərbaycanın qlobal əhəmiyyətini yüksək dərəcədə artırıb. Xüsusilə Avropanın enerji təhlükəsizliyi məsələsinin aktuallaşdığı bir vaxtda Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyinin möhkəmlənməsi ölkəmizə olan beynəlxalq etimadı daha da gücləndirib. Eyni zamanda, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan iri regional layihələr ölkəni Avrasiya məkanında strateji əlaqələndirici mərkəzlərdən birinə çevirib. Bununla yanaşı, Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqlar Azərbaycanın regional liderlik mövqeyini daha da möhkəmləndirib, ölkəmizin siyasi nüfuzunu və beynəlxalq proseslərə təsir imkanlarını genişləndirib

“Bakının mühüm beynəlxalq tədbirlərin keçirildiyi qlobal dialoq və əməkdaşlıq platformasına çevrilməsi də məhz bu reallıqların nəticəsi kimi qiymətləndirilir. İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının Bakıda keçirilməsi də təsdiqləyir ki, Azərbaycan artıq təkcə regionun deyil, daha geniş coğrafiyanın iqtisadi, maliyyə və siyasi əməkdaşlıq proseslərində mühüm rol oynayan dövlətlərindən biridir. Bütün bunlar göstərir ki, yeni dünya düzəninin formalaşdığı mürəkkəb geosiyasi mərhələdə Azərbaycanın əhəmiyyəti yalnız coğrafi mövqeyi, enerji resursları və iqtisadi potensialı ilə deyil, həm də qazandığı beynəlxalq etibar, təşəbbüskarlıq və qlobal əməkdaşlığa verdiyi töhfələrlə müəyyən olunacaq”, - deyə professor M.Tağıyev vuğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 İyun 2026 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see380

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see321

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see310

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see248

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see242

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see241

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see239

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see237

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see223

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see221

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see218

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see213

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see211

Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib

22 Noyabr 2026 03:21see211

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see208

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see206

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see206

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see196

Dünən bişirilən yeməyi bu gün yemək olarmı?

22 Noyabr 2026 04:06see195

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri