Icma.az
close
up
RU
Beynəlxalq tədbirlər Azərbaycanın daxili inkişafını və nüfuzunu gücləndirir AÇIQLAMA

Beynəlxalq tədbirlər Azərbaycanın daxili inkişafını və nüfuzunu gücləndirir AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"2026-cı il Azərbaycanda bir sıra beynəlxalq tədbirlərin keçirilməsi ilə əlamətdar olacaq. Artıq bu tədbirlərin bir çoxu barədə indidən məlumatlar mövcuddur. Sözügedən tədbirlər Azərbaycan dövlətinin öz təşəbbüsü ilə, öz imkanlarına və gücünə güvənərək təşkil etdiyi mühüm beynəlxalq platformalardır".
Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. 
O, bildirib ki, bu cür tədbirlər ölkənin dünya miqyasında mövqeyinin və nüfuzunun artmasına iki əsas istiqamətdə təsir göstərir:
"Birinci istiqamət keçirilən beynəlxalq tədbirin məzmunu və tematikası ilə bağlıdır. Belə tədbirlər bəşəri problemlərin müzakirəsi və həlli baxımından əhəmiyyətli rol oynayır. Xüsusilə humanitar, beynəlxalq əməkdaşlıq və sivilizasiyalararası dialoq mövzularında təşkil olunan platformalar qlobal səviyyədə mühüm töhfələr verir".
Ekspert bildirib ki, ikinci istiqamət isə bu tədbirlərə yüksək səviyyədə, heç bir problem və çətinlik olmadan ev sahibliyi edilməsidir:
"Bu, Azərbaycanın təşkilatçılıq qabiliyyətinin, iqtisadi potensialının və ümumilikdə dövlət idarəçiliyinin gücünün açıq nümayişidir. Məhz bu səbəbdən belə tədbirlər ölkə üçün hərtərəfli əhəmiyyət daşıyır. Eyni zamanda, beynəlxalq tədbirlərin keçirilməsi ölkənin sosial-iqtisadi inkişafının, intizamlı və ardıcıl daxili siyasətin qanunauyğun nəticəsidir. Əgər ölkənin sosial-iqtisadi və mədəni infrastrukturu lazımi səviyyədə olmasaydı, bu cür tədbirlərin təşkili mümkün olmazdı".
Onun sözlərinə görə, bu baxımdan, ölkənin nüfuzunun beynəlxalq tədbirlər vasitəsilə artırılması əslində daxili inkişafın məntiqli və təbii nəticəsi kimi qiymətləndirilməlidir:
"Deməli, Azərbaycanın daxili inkişafı ilə beynəlxalq tədbirlərə ev sahibliyi etməsi arasında birbaşa əlaqə mövcuddur və bu amillər bir-birini tamamlayan vacib elementlərdir".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Yanvar 2026 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri