Icma.az
close
up
RU
Beynəlxalq təşkilat: saxta avtomobil detalları kütləvi risk yaradır FOTO

Beynəlxalq təşkilat: saxta avtomobil detalları kütləvi risk yaradır FOTO

Icma.az, Avtosfer saytına istinadən bildirir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı saxta məhsullarla bağlı hesabatını açıqlayıb. 

Avtosfer.az xəbər verir ki, “Mapping Global Trade in Fakes 2025: Global Trends and Enforcement Challenges” adlı sənəd 2021-ci ilin statistik məlumatları əsasında hazırlanıb. Göstərilir ki, 2021-ci ildə qlobal saxta mıəhsul dövriyyəsinin həcmi 462 milyard dollar olub. Gömrük və digər dövlət orqanlarının ələ keçirdiyi saxta məhsulların 62 faizini geyim məhsullarıdır. 

Sənədə görə saxta avtomobil detalları qlobal saxta məhsulların təxminən 2 faizini təşkil edir. Bu rəqəm ilk baxışda kiçik görünsə də, bir məsələyə xüsusi diqqət yetirilməlidir: saxta geyim 1 nəfərə zərər verə bilər, lakin saxta avtomobil detalı kütləvi risk doğurur.

Sənədin müəllifləri göstərirlər ki, dünyada saxta məhsulların bir nömrəli istehsalçısı Çindir. Bundan başqa, qlobal oyunçular arasında Banqladeş, Suriya, Livan və Türkiyə də yer alır. 

Sənəddə saxta detallarla bağlı ayrı bir bənd yer alır və bu hissəni olduğu kimi təqdim edirik: “Saxta avtomobil ehtiyat hissələri mütəmadi olaraq müsadirə statistikalarında görünür. Standart ehtiyat hissələri ciddi təhlükəsizlik norma və standartlarına cavab verməli olsa da, saxtakarlar təhlükəsizlik standartlarına cavab verməyən daha ucuz detallar təklif edirlər. Bu da istehlakçılar üçün əhəmiyyətli risk yaradır. Son statistika saxta ehtiyat hissələrinin orta dəyərinin kəskin artdığını göstərir. Hazırda bir saxta məhsul üçün orta qiymət 300 ABŞ dollarını keçib. Bu artım iki əsas amillə əlaqələndirilə bilər. Birincisi, saxtakarlıq getdikcə daha mürəkkəb ehtiyat hissələrini əhatə edir.

Məsələn, “zombi” adlanan saxta, təhlükəli təhlükəsizlik yastıqlarına tez-tez rast gəlinir. Sənaye testləri göstərir ki, saxta təhlükəsizlik yastıqları qəza zamanı açılmır və bununla da sərnişinlərin təhlükəsizliyinə xələl gətirir. İkincisi, işbazlar saxta detalları satmaq üçün onlayn platformalardan getdikcə daha çox istifadə edirlər. Onlar başlıca olaraq vicdansız mexaniklər və təmir sexləri ilə əməkdaşlıq qururlar. Bu saxta detallar onların vasitəçiliyi ilə orijinal məhsul adı altında satılır və istehlakçıları potensial təhlükəyə məruz qoyur”.

Sənəddə göstərilir ki, Qafqaz regionunda ən çox saxta ehtiyat hissələri dövriyyəsi olan ölkə Gürcüstandır.

Biz də öz növbəmizdə əlavə edək ki, burada təəccüblü heç nə yoxdur. Çünki bazar kifayət qədər böyükdür. Dəniz və quru yolu ilə Gürcüstana gələn məhsullar buradan qonşu ölkələrə və Orta Asiyaya daşınır.

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 May 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri