Beynəlxalq təşkilatların iştirakı ilə Gəncədə simulyasiya təlimi təşkil olunub
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 2 iyul, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə Gəncə şəhərində dabaq və digər transsərhəd heyvan xəstəliklərinə dair simulyasiya təlimi keçirilib.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, təlimin məqsədi heyvan xəstəliklərinin erkən aşkarlanması, operativ reaksiya tədbirlərinin təşkili, səyyar laborator diaqnostikanın tətbiqi və mütəxəssislərin praktiki bacarıqlarının artırılmasıdır.
Göygöl rayonunun Yeni Qızılca kəndində yerləşən heyvandarlıq təsərrüfatında keçirilən praktik məşq zamanı xəstəliyə şübhəli halların araşdırılması, epizootoloji qiymətləndirmə, laborator müayinələr, xəstə heyvanların təcridi, zərərsizləşdirilməsi və dezinfeksiya tədbirləri praktiki şəkildə icra edilib.
Təlimdə FAO-nun ekspertləri, Respublika üzrə Epizootiya Əleyhinə Fövqəladə Komissiyada təmsil olunan aidiyyəti dövlət qurumlarının nümayəndələri, eləcə də Qazaxıstan, Qırğızıstan, Gürcüstan və Özbəkistandan gələn mütəxəssislər iştirak ediblər.
Bu cür simulyasiya təlimləri ölkədə xüsusi təhlükəli heyvan xəstəliklərinə hazırlığın gücləndirilməsi, beynəlxalq tələblərə uyğun nəzarət sisteminin təkmilləşdirilməsi və gələcəkdə Azərbaycanın dabaq xəstəliyindən azad zona statusu əldə etməsinə töhfə verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 02 İyul 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















