Beynəlxalq uçuşlar kütləvi şəkildə İran hava məkanından yayınır
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İran sərhədlərinə yaxınlaşan beynəlxalq uçuşlar marşrutlarını qəfil dəyişdirir və İslam Respublikasının hava məkanına girməkdən yayınaraq geri dönür.
Oxu.Az xəbər verir ki, məlumatı "Azad İran" "Telegram" kanalı Flightradar24 saytına istinadən yayıb.
Məlumata görə, xeyli sayda beynəlxalq təyyarə qonşu ölkələrin hava məkanından alternativ marşrutlar seçir ki, bu da uçuş vaxtının və yanacaq sərfiyyatının artmasına səbəb olur. Aviaşirkətlər bu təcili təhlükəsizlik tədbirlərini regionda geosiyasi gərginliyin kəskin şəkildə artması və mülki aviasiya üçün əlaqəli risklər fonunda görürlər.
Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.
İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 15 Yanvar 2026 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















