Türkiyədən Rusiyaya uçuşlar kütləvi şəkildə ləğv edilir
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Türkiyənin "Pegasus" və "Türk Hava Yolları" şirkətləri Rusiyaya həyata keçirilən bəzi uçuşları ləğv edib.
Milli.Az xəbər verir ki, qərar Rusiyanın hava məkanında yaranmış vəziyyətlə əlaqələndirilir.
"Pegasus" Moskvanın Vnukovo hava limanından Sankt-Peterburq, Samara və Ufa istiqamətlərinə planlaşdırılan uçuşları dayandırıb. Həmçinin İstanbul istiqamətində iki, Bodrum və Dalaman istiqamətlərində isə bir reys ləğv olunub.
Bunun ardınca "Türk Hava Yolları"nın Vnukovodan İstanbula həyata keçirməli olduğu üç uçuşun da baş tutmayacağı bildirilib.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl Rusiyanın hava məkanının sentyabrın 1-dən etibarən təhlükəli ola biləcəyi barədə xəbərdarlıq etmişdi.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 03 Sentyabr 2026 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















