Icma.az
close
up
RU
Beynəlxalq Xalça Forumu 2026: Qeydiyyat başladı!

Beynəlxalq Xalça Forumu 2026: Qeydiyyat başladı!

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 15 aprel, AZƏRTAC

“Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi ilə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə mayın 1-dən 3-dək keçiriləcək Beynəlxalq Xalça Festivalına hazırlıq işləri davam edir.

Bu barədə AZƏRTAC-a “Azərxalça” ASC-dən məlumat verilib.

Bildirilib ki, festival mayın 1-də Bakı Biznes Mərkəzində “Xalça sənayesi: dəyərin yaradılması, brendinq və dünya bazarına inteqrasiya. Mədəni irsdən rəqabətədavamlı qlobal məhsula doğru” mövzusuna həsr olunmuş Beynəlxalq Xalça Forumu ilə fəaliyyətə başlayacaq.

Forum xalça sənayesinin aparıcı beynəlxalq ekspertlərini, dizaynerlərini, istehsalçı və tədqiqatçılarını, habelə ixracatçı və yaradıcı sənaye nümayəndələrini bir araya gətirəcək.

Qeyd edək ki, aprelin 14-dən etibarən festivalın rəsmi saytında Forumda dinləyici qismində iştirak etmək istəyənlər üçün qeydiyyat prosesinə start verilib. Maraqlananlar https://bakucarpetfest.az/2026/forum/ linki vasitəsilə qeydiyyatdan keçə bilərlər. Forum üçün nəzərdə tutulan dinləyici yerlərinin məhdud olduğunu diqqətinizə çatdırırıq.

İkinci dəfə təşkil olunacaq Beynəlxalq Xalça Forumu əllə toxunan xalçaların ənənəvi irsdən qlobal rəqabətədavamlı məhsula çevrilməsi yolunda mühüm platformadır. Tədbir nəzəriyyədən daha çox, real biznes təcrübələrinə və uğurlu beynəlxalq nümunələrə fokuslanır.

Builki Forumun əsas hədəf və istiqamətləri aşağıdakılardır:

Mədəniyyətdən Biznesə Keçid: Forum xalçanı sadəcə muzey eksponatı və ya qədim sənət nümunəsi kimi deyil, qlobal bazarda satıla bilən yüksək kommersiya dəyərli məhsul kimi təqdim edir;

Müasir Dizayn Tələbi: Əsas yanaşma ondan ibarətdir ki, xalçanın keyfiyyəti qədər, onun müasir interyerlərə uyğunluğu və dizayn innovasiyaları da beynəlxalq uğur üçün həlledicidir;

Hekayənin Gücü (Storytelling): Müasir marketinq tələblərinə əsasən, alıcıya sadəcə məhsul deyil, həm də o xalçanın arxasındakı mədəniyyəti, toxucunun əməyini və hər bir naxışın mistik mənası çatdırılmalıdır;

Praktiki Təcrübə: Nəzəri mühazirələr əvəzinə, dünya bazarında uğur qazanmış xarici şirkətlərin və dizaynerlərin real satış və ixrac modelləri nümunə kimi nümayiş olunur.

Beynəlxalq Muzeylər Şurasının (ICOM) vitse-prezidenti və BƏƏ üzrə ICOM-un sədri Nasir Al Darmaki, Meksikadan tədqiqatçı alim, akademik və icmaya əsaslanan davamlı inkişaf üzrə mütəxəssis professor Maria Del Carmen Avendano Rito, İtaliyadan kolleksiyaçı, restavrator, qədim xalçaların elmi tədqiqatı sahəsində dünya səviyyəli mütəxəssis Luca Emilio Brancati, Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) Baş katibi Fahri Solak, “Kyrgyz Handmade”in icraçı direktoru Dinara Asanbayeva, Mərakeş Turizm, Sənətkarlıq və Sosial İqtisadiyyat Nazirliyinə tabe “Maison de l’Artisann”ın (Sənətkar Evi) baş direktoru Tarik Sadiq və digər qonaqlar Forumda çıxış edəcəklər. Bu forum xalçaçılıq sektorunun iqtisadi potensialını artırmaq məqsədilə həm dizaynerlər, həm də istehsalçılar üçün praktik yol xəritəsi təqdim etməyi hədəfləyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Aprel 2026 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see384

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see381

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see359

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see352

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see339

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see332

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see308

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see283

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see265

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see258

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see241

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see237

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see231

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see222

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see215

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see212

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see206

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see196

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see192

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri