Icma.az
close
up
RU
RobotChallenge 2026 beynəlxalq çempionatının milli mərhələsinə qeydiyyat başlayıb

RobotChallenge 2026 beynəlxalq çempionatının milli mərhələsinə qeydiyyat başlayıb

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Gənclər və İdman Nazirliyinin və "Azercell" şirkətinin dəstəyi, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə dünyanın ən böyük və nüfuzlu robototexnika yarışlarından biri olan "RobotChallenge 2026" beynəlxalq çempionatının milli mərhələsi keçiriləcək.

"Cebheinfo.az" KOBİA-ya istinadən xəbər verir ki, milli mərhələ iyunun 13–14-də Bakı Kristal Zalında təşkil olunacaq. Yarışda iştirak etmək istəyən komandalar www.robotchallenge.az saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyat üçün son tarix 17 maydır.

"RobotChallenge 2026"nın milli mərhələsinin qalibləri Çində keçiriləcək beynəlxalq final mərhələsində Azərbaycanı təmsil etmək imkanı qazanacaqlar. Bu, gənclərə qlobal səviyyədə tanınmaq, beynəlxalq təcrübə əldə etmək və dünyanın ən güclü komandaları ilə rəqabət aparmaq üçün fürsət yaradır.

2004-cü ildən etibarən keçirilən "RobotChallenge" 80-dən çox ölkədən minlərlə iştirakçını bir araya gətirən qlobal texnologiya festivalıdır. Yarışma gənclərin yaradıcı potensialının üzə çıxarılması, texniki bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin komanda ilə işləmə qabiliyyətlərinin gücləndirilməsini hədəfləyir.

Yarış çərçivəsində iştirakçı komandalar robotlarını sıfırdan dizayn edir, proqramlaşdırır və müxtəlif texniki tapşırıqlar əsasında yarışdırırlar. Bu platforma gənclərə innovativ düşüncə, mühəndislik bacarıqları və texnoloji yaradıcılıq nümayiş etdirmək imkanı yaradır. "RobotChallenge" yalnız bir yarış deyil, eyni zamanda gələcəyin mühəndisləri, ixtiraçıları və texnologiya liderləri üçün mühüm inkişaf mərhələsidir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Mart 2026 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri