Icma.az
close
up
RU
“Beynəlxalq yükdaşımalardan əldə edilən gəlir böyük paya malik olmaqdadır...”

“Beynəlxalq yükdaşımalardan əldə edilən gəlir böyük paya malik olmaqdadır...”

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

“Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaş və həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən və investisiya yatıran yeganə ölkə olduğunu bildirib. Azərbaycan regionda beynəlxalq nəqliyyat dəhlizlərinin genişlənməsinə ən çox töhvə verən dövlətlərdəndir”. 

Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. 

O, bildirib ki, bu Azərbaycan daxil olmaqla bölgə üzərindən daşınan yüklərin həcminin artmasına səbəb olmaqdadır:

“Bəs, 2025-ci ildə Azərbaycan vasitəsi ilə daşınan yüklərin həcmi necə dəyişib? Yükdaşımalar Azərbaycana nə qədər iqtisadi dividend gətirir? 2025-ci ildə Cənub-Qərb dəhlizi vasitəsi ilə Azərbaycan üzərindən daşınan yüklərin həcmində kəskin artım olub. Belə ki, 2024-cü ildə sözügedən dəhliz vasitəsi ilə Azərbaycan üzərindən 394,2 min ton yük daşınmışdırsa bu göstərici ötən ilin yekunlarında 533.6 min ton olub. Bu Cənub-Qərb dəhlizi vasitəsi ilə daşınan yüklərdə 35 faiz artım deməkdir. Azərbaycan Prezidentin çıxışında qeyd etdiyi kimi, ölkəmiz Şərq-Qərb dəhlizi üzrə vacib tərəfdaşlardandır. 2025-ci ildə Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 16 milyon 909 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 8 milyon 173 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 9 milyon 289 in ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 5 milyon 804 min ton olub. Qlobal geo-siyasi təhdidlərə baxmayaraq, əvvəlki il ilə müqayisədə 2025-ci ildə Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi stabilliyini qoruyub saxlaya bilər. Azərbaycanın yükdaşımalardan əldə etdiyi gəlirdə daha çox paya Şərq-Qərb nəqliyyat dəhlizi malikdir: 324.4 milyon manat. Azərbaycanın yükdaşımadan gəliri Şimal-Cənub nəqliyyat dəhlizi üzrə 128.7 milyon manat, Şimal-Qərb üzrə 113.2 milyon manat və Cənub-Qərb üzrə 190.7 min manat olub. Bu o deməkdir, Azərbaycanın nəqliyyat dəhlizləri ilə yükdaşımalardan əldə etdiyi illik gəlir 566.5 milyon manatdır. Göründüyü kimi, beynəlxalq yükdaşımalardan əldə edilən gəlir qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmalarda mərhələli şəkildə xüsusi paya malik olmaqdadır”.

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://adalet.az
archiveBu xəbər 13 Mart 2026 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see470

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see425

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see379

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see373

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see342

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see332

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see332

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see328

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see324

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see309

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see282

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see282

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see269

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see268

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see266

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see256

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see239

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri