Icma.az
close
up
RU
Azərbaycan beynəlxalq yükdaşımalardan nə qədər gəlir əldə edir? CAVAB

Azərbaycan beynəlxalq yükdaşımalardan nə qədər gəlir əldə edir? CAVAB

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirib ki, ölkəmiz kifayət qədər uzun müddət ərzində bağlantılar üzərində işləyib: "Dəniz ticarət limanımız 15 milyon ton imkanı ilə Xəzərdə ən iri limandır və onun həcmi 25 milyon tonu təmin etmək üçün artırılacaq". 

Redaktor.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov feysbuk hesabında yazıb.

"Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizi regionun nəqliyyat və logistik habına çevirməkdədir. Beynəlxalq yükdaşımalar bir tərəfdən ölkənin geo-siyasi mövqeyini gücləndirir, digər tərəfdən dövlət gəlirlərini artırır. 15 milyon ton ötürmə potensialı olacaq Zəngəzur dəhlizi yaxın gələcəkdə Orta dəhlizin mühüm seqmentinə çevrilələrək Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına da imkan yaradacaq".

Bəs, Azərbaycan beynəlxalq yükdaşımalardan nə qədər gəlir əldə edir?

"2025-ci ildə dəmir yolları vasitəsi ilə daşınan 16 milyon 813 min ton yükün 14 milyon 269 min tonu beynəlxalq yükdaşımaların payına düşüb. Onun 6 milyon 695 min tonu birbaşa tranzit yüklər olub. İdxal yükləri 4 milyon 723 min ton, ixrac isə 2 milyon 850 min ton olub. Dəmir yolları üzrə yük daşınmasından əldə olunan gəlir 383 milyon 996 min manat olub. Onun da 333 milyon 911 min manatı isə beynəlxalq yükdaşımaların payına düşüb. 

2025-ci ildə hava nəqliyyatı vasitəsi ilə yükdaşımalardan əldə edilən gəlir isə 2 milyard 398 milyon manat olub ki, onun da 2 milyard 397 miilyon manatı beynəlxalq yükdaşımaların payına düşüb.
Ötən il beynəlxalq yükdaşımalardan dəniz nəqliyyatı üzrə 57 milyon 382 min, boru kəmərlərii üzrə 266 milyon 560 min, avtomobil yolları üzrə 204 milyon 275 min manat gəlir əldə edilib".

Millət vəkili qeyd edib ki, bu ilin ilk rübünün rəsmi yekunları da ümidvericidir:

"Dəmiryolu vasitəsi ilə bu ilin 3 ayı əldə edilən gəlir 96 milyon 049 manat olub ki, onun da 81 milyon 765 min manatı beynəlxalq yükdaşımaların payına düşüb. Hava nəqliyyatı vasitəsi ilə yükdaşımalardan əldə edilən gəlir isə 571 milyon 292 min manat olub ku, beynəlxalq yükdaşımaların payı 571 milyon 50 min manatdır.

Rəsmi rəqəmlər göstərir ki, ötən il beynəlxalq yükdaşımalardan əldə edilən gəlir 3.3 milyard manat olub. Bu o deməkdir ki, Azərbaycan Prezidenti tərəfindən müəyyənləşdirilmiş hədəfin reallaşması Azərbaycanın il ərzində beynəlxalq yükdaşımalardan 7 milyard manata yaxın gəlir əldə etməsinə imkan yaradacaq. Bu iqtisadiyyatın şaxələndirilməsinə dəstək olmaqla yanaşı, Azərbaycan dövlət gəlirlərinin artmasına şərait yaradacaq".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 İyul 2026 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri