Icma.az
close
up
RU
Beynimiz haqqında yeni kəşf: Gördüyünə deyil, gözlədiyinə inanır

Beynimiz haqqında yeni kəşf: Gördüyünə deyil, gözlədiyinə inanır

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

İnsan beyninin sirrlərlə dolu olduğu çoxdan məlumdur, lakin son elmi araşdırmalar bu mürəkkəb orqanın işləmə mexanizminə dair daha bir maraqlı həqiqəti üzə çıxarıb. Məlum olub ki, beynimiz gördüklərini deyil, gözlədiklərini daha çox əsas götürür. Yəni insan beyni sadəcə müşahidə etmir, aktiv şəkildə gələcək hadisələri proqnozlaşdırmağa çalışır.

Qaynarinfo xəbər verir ki, əvvəllər beynimizin gözlərimizdən gələn məlumatları passiv şəkildə qəbul etdiyi düşünülürdü. Ancaq yeni araşdırmalar göstərir ki, beyin ətrafda nə baş verəcəyini əvvəlcədən təxmin etməyə çalışır. Məsələn, bir insanın əlini tencərəyə uzatdığını gördükdə, beyin bu hərəkətin davamını – yəni qapağın açılacağını və ya qarışdırma hərəkətini – öncədən "təxmin edir" və bu proqnozlarda çox vaxt haqlı çıxır. Bu proses beynin "hərəkət müşahidə şəbəkəsi” (AON) adlanan və başqalarının obyektlərlə qarşılıqlı əlaqəsini izləyərkən aktivləşən xüsusi bölgələri tərəfindən idarə olunur.

"Cell Reports" jurnalında dərc olunan son bir araşdırmada, tədqiqatçılar könüllülərə həm adi, həm də təsadüfi şəkildə qarışdırılmış gündəlik həyat səhnələrini göstərib və bu zaman onların beyin fəaliyyətlərini qeydə alıblar. Nəticələr olduqca maraqlıdır: beynimiz qarşıdakı addımı proqnozlaşdıra bildiyi hallarda vizual mərkəzlərdə daha az fəaliyyət müşahidə olunub. Bu isə beynin enerji baxımından daha səmərəli işlədiyini göstərir.

Əksinə, görüntülər gözlənilməz və mürəkkəb olduqda, beyin nə baş verəcəyini təxmin edə bilmədiyi üçün digər sahələrdə – xüsusilə də təhlil və qərarvermə ilə bağlı bölgələrdə – fəaliyyətin artdığı müşahidə edilib.

Bu tapıntılar motor yaddaşımızın vizual informasiyanın emalında mühüm rol oynadığını göstərir. Başqa sözlə, beynimiz ətrafı dərk etmək və anlamaq üçün əvvəlki təcrübələrinə söykənir. Yəni insan nə qədər təcrübəlidirsə, ətraf mühiti dərk etməsi və hadisələri anlaması da bir o qədər sürətli olur.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 İyun 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see164

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see127

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri