Beynin qocalma sürəti bağırsaqlardakı bakteriyalarla əlaqəli ola bilər
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
Beynin nə qədər sürətlə qocalması bağırsaqlarda yaşayan mikroorqanizmlərin tərkibi və onların istehsal etdiyi maddələrlə əlaqəli ola bilər.
Yeniavaz.com xəbər verir ki, bu nəticəyə Los-Ancelesdəki Kaliforniya Universitetinin (UCLA) alimləri gəlib.
Tədqiqatın nəticələri “eBioMedicine” jurnalında dərc olunub.
Alimlər üç fərqli qrupda təxminən 1500 yetkin insanın beyin tomoqrafiyası nəticələrini araşdırıblar. Kompüter modeli iştirakçıların beyninin təxmini yaşını müəyyən edib və bu yaş onların real yaşı ilə müqayisə olunub. Aradakı fərq “beynin qocalma indeksi” (BAI) adlandırılıb.
Məlum olub ki, bəzi insanların beyni onların real yaşından daha yaşlı görünür. Belə insanlarda işçi yaddaş və diqqət, planlaşdırma və qərarvermə kimi zehni qabiliyyətləri yoxlayan testlərin nəticələri daha zəif olub. Onlarda depressiya əlamətlərinə də daha çox rast gəlinib.
Ən güclü əlaqə yaddaş və insanın özünü qavraması ilə bağlı beyin bölgələrində müşahidə olunub.
Tədqiqatın bir hissəsində alimlər iştirakçıların nəcis nümunələrini də analiz ediblər. Nəticələr göstərib ki, beynin daha sürətli qocalması bağırsaqlardakı bəzi bakteriyalar və onların istehsal etdiyi maddələrlə əlaqəli ola bilər. Bu maddələr arasında bəzi yağ molekulları, xolesterinlə əlaqəli birləşmələr və müəyyən hormonun daha aşağı səviyyəsi də olub.
Alimlər hesab edirlər ki, bağırsaq mikrobiotası ilə beynin qocalması arasındakı əlaqədə immun sisteminin, qan damarlarının, sinir hüceyrələrinin və hüceyrələrdə enerji istehsalının rolu ola bilər.
Tədqiqatın müəlliflərindən Arpana Çörçün sözlərinə görə, beynin qocalması insan yaşlandıqdan sonra qəfil başlamır. Onun bioloji əlamətləri qocalıqdan onilliklər əvvəl ortaya çıxır.
Bu mövzuda digər xəbərlər:Sümük zəifliyi beynin daha sürətli qocalması ilə əlaqəli ola bilər
24 Noyabr 2026 07:55
8 saatdan çox yatmaq qocalma ilə əlaqəli ola bilər ARAŞDIRMA
21 Sentyabr 2026 05:34
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
30 İyun 2026 12:14
Xroniki öskürək bununla əlaqəli ola bilər
01 Avqust 2025 12:17
Baxış sayı:136
Bu xəbər 12 Sentyabr 2026 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















