Sümük zəifliyi beynin daha sürətli qocalması ilə əlaqəli ola bilər
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ alimləri onurğa sümüyünün mineral sıxlığının azalması ilə yaddaş və düşünmə qabiliyyətinin daha sürətli zəifləməsi arasında əlaqə aşkar ediblər.
Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” Cons Hopkins Universitetinin tədqiqatına istinadən məlumat yayıb.
Araşdırmada 2086 şəxsin kompüter tomoqrafiyası məlumatları süni intellekt vasitəsilə təhlil edilib. Onlardan 715 nəfərin beyin MRT müayinələri və idrak testləri haqqında məlumatları da qiymətləndirilib.
Nəticələr göstərib ki, onurğasında sümük sıxlığı daha aşağı olan şəxslərdə zamanla idrak funksiyalarının zəifləməsi və beynin ağ maddəsində dəyişikliklər daha sürətli baş verib.
Alimlər vurğulayırlar ki, bu əlaqə osteoporozun birbaşa demensiyaya səbəb olduğunu sübut etmir. Sümük və beyin toxumasındakı dəyişikliklər yaşlanma ilə bağlı ortaq bioloji proseslərin nəticəsi ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 24 Noyabr 2026 07:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















